Hündürboy qadınlarda bu xəstəliklərin riski 3 dəfə çoxdur

13 Nisan 2017
1 815
0
Hündürboy qadınlarda bu xəstəliklərin riski 3 dəfə çoxdur
Höteborq Universiteti (İsveç) alimləri 30 il ərzində 1,5 mln qadın haqqında məlumatları təhlil etdikdən sonra belə qərara gəliblər ki, hündürboy qadınlarda insult və ürək çatışmazlığı riski alçaqboylu qadınlarla müqayisədə 3 dəfə çoxdur.

Feat.Az
saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə bunun səbəbi hündürboy qadınlarda ürək kameralarının ölçülərinin daha böyük olmasıdır. Bu da ürək və damarlarla bağlı olan riskini artırır.

Bundan əlavə bədən çəkisi 76 kq-dan artıq olan qadınlar da ürək-damar xəstəliklərinə görə risk qrupundadır.

Mütəxəssislər qeyd edir ki, ürək və damar xəstəliklərindən qorunmaq üçün hündürboy qadınlar bədən çəkisini daim normada saxlamalıdır.

Bundan əvvəl Almaniya alimləri tərəfindən keçirilmiş araşdırma göstərib ki, hündürboy insanlarda xərçəngin riski daha çoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.