Əsgərə məktub

23 Ekim 2014
9 767
0
Əsgərə məktub
Əsgərə məktub

Həyat maraqlıdır çoxdur əzabı
Elə bundan yazır ömür kitabı
Açdım bir səhifə oxuyum bilim
Mövzu belə idi xoşbəxt ol sevgilim!
3 aydır vətənə xidmət edirdim
Yarımla yazılı söhbət edirdim
Sevgilimdən məktub var idi yenə
Bu acı sözləri yazmışdı mənə
-Sevgilim, mən daha dözə bilmirəm
Tək tənha dünyada gəzə bilmirəm
Atam da, anam da evlən deyirlər
Qapımıza çoxları gəlib-gedirlər.
Mən də fikirləşib susdum bir qədər
Qələmi götürüb yazdım birtəhər
-Mənəmsə günahkar bağışla məni
Görürəm intizar üzübdür səni
Bilməzdim nə vaxtsa eşqdən doyarsan
Övladına mənim adımı qoyarsan
Toyunu ad günüm olanda elə
Sevgimizin gülü solanda elə
Yazdım bu naməni göz yaşlarımla
Bölmədim dərdimi yoldaşlarımla.
Günlərim beləcə keçdi ötüşdü
Axır ki ad günüm gəldi yetişdi.
Toyda qarışmışdı bu tost o tosta
Mənsə həmən günü çıxmışdım posta.
Günlərim kədərli, qəmli sevincsiz
Ürəyim vururdu səssiz-səmirsiz.
Xidməti bitirib evimə gəldim
Həyatda dəyişən çox şeyi gördüm
Bunlar mənə qüssə kədər verdilər
Yarımı soruşdum xəbər verdilər
Harada yaşadığını biləndən sonra
Bir baş dayanmadan üz tutdum ora
Hər zaman sevdiyim yarımı gördüm
Tanımamaqçın məni geriyə döndüm
Gördüm Nazim deyib səsləyir məni
Düşündüm ki yenə istəyir məni
Cəsarət eyləyib geriyə döndüm
Belə bir kədərli mənzərə gördüm.
Bütün yaşananlar yaşanmış keçmiş
Çağırdığı Nazim övladı imiş.

Bir daha dünyada gördüm əzabı
Ah çəkib bağladım həmən kitabı!
14

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.