Həftə sonunu daha maraqlı keçirin!

28 Nisan 2017
1 633
0
Həftə sonunu daha maraqlı keçirin!
Sakitləşdirici musiqilər dinləyin. Sakitləşdirən klassik əsərləri dinləyərək həftə sonunu daha zövqlü hala gətirə bilərsiniz. Youtube-dan asanlıqla tapa biləcəyiniz bu musiqiləri dinlədikcə ürəyinizin sıxıntısı azalacaq, özünüzü problemlər qarşısında daha güclü hiss edəcəksiniz. Oyanan kimi klassik musiqi dinləməyə başlayın.

Sosial şəbəkələrdən özünüzü qoruyun.
Diqqət etmisinizmi? Sosial şəbəkədə hamı çox xoşbəxt görünür, həyatda heç bir problemi yox imiş kimi hərəkət edir. Halbuki bu sadəcə bir illuziyadır. Facebook, Twitter və ya İnstagramda çox vaxt keçirmək sizə zərər verir. Beyninizi uyuşdurur. Başqaları ilə özünüzü müqayisə etməyinizə, hətta dəyərsiz və narahat hiss etməyinizə səbəb olur. Siz həyatın kənarında durub kim nə edib deyə baxdığınız müddətdə vaxtınızı əldən qaçırırsınız. Buna görə də bu həftə sonu sosial şəbəkələrdən özünüzü qoruyun, görəcəksiniz ki, özünüzü daha dinc hiss edirsiniz.

Fərdi inkişaf kitabları oxuyun.
İnsanın bir dərdi olduqda dəstək alması, öz gücünü kəşf etməsi, uşaqlığından gətirdiyi problemləri həll etməsi vacibdir. Bunun üçün fərdi inkişaf kitabları həqiqətən faydalıdır. Özünüzü daha yaxşı hiss etməyinizi və ürək sıxıntısına səbəb olan problemləri həll etməyinizi təmin edə bilər.

Günəşə çıxın.
Sosial şəbəkələrin vaxt öldürücü və ürək sıxıcı təsirində xilas olduğunuzu nəzərə alsaq, gəzintiyə çıxa bilərsiniz. Açıq havada gəzintiyə çıxın və bol miqdarda oksigen qəbul edin.

Heyvan sığınacaqlarına baş çəkin.
Sizin sevginizə, diqqətinizə möhtac varlıqların var olduğunu bilirdiniz? Əlinizi toxundurduğunuz anda buna sevinclə qarşılıq verəcək canlılar məsələn. Heyvan sığınacaqları sizin sayənizdə daha yaxşı bir yerə çevrilə bilər. Daha ətraflı oxu: https://www.leydi.az/psixologiya-7/hefte-sonunu-daha-maraqli-kecirin-994
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.