Dodaqları nəmləndirir, saça forma verir... - Vazelinin 21 faydası

03 Mayıs 2017
1 958
0
Dodaqları nəmləndirir, saça forma verir... - Vazelinin 21 faydası
Elə bir ev olmaz ki, şkafında vazelin olmasın. Bəs vazelinin bütün istifadə qaydalarını bilirsinizmi? Feat.Az vazelinin 21 istifadə qaydası ilə sizi tanış edir.

1. Vazelin quru bölgələri nəmləndirmək üçün ideal variantdır. Yayda günəş kremi əvəzinə vazelin də istifadə edə bilərsiniz. Beləcə, vazelin dərinizin daha yaxşı bronzlaşmasını təmin edəcək və gözəl günəş vannası qəbul etmiş olacaqsınız.

2. Vazelinlə özünüz pilinq edə bilərsiniz. Qəhvə, şəkər, dəniz duzu kimi dənəcikli məhsulları vazelinlə qarışdıraraq öz pilinqinizi hazırlayın.

3. Ətrinizin qalıcılığını artırmaq istəyirsiniz? Ətri sıxmazdan əvvəl əl biləklərinizə, boynunuza vazelin sürtün. Qoxunuzun daha qalıcı olacağını fərq edəcəksiniz.

4. Uşaqların dərisində yaranmış bişməcənin qarşısını almaq üçün istifadə edə bilərsiniz. Çəkməzdən əvvəl dərini yaxşıca təmizləyib, qurulayın.

5. Nəmli göz makiyajı dəbi ilə ayaqlaşmaq istəsəniz, bu üsul tam sizin üçündür. Göz kölgəsini çəkməzdən əvvəl bir az vazelin çəkin. Həm dayanıqlılığını artırmış olacaqsınız, həm də nəm görünüş əldə edəcəksiniz.

6. Qaşlarınızı gün boyu sabit saxlamaq üçün təmiz və quru qaşa vazelin sürtün.

7. Kirpiklərinizin tökülməsi və uzanmamasından şikayət edirsinizsə, yatmazdan əvvəl vazelin sürtün. Güclənməsinə və uzanmasına kömək edəcək.

8. Göz makiyaj təmizləyicisi yoxunuzdursa kədərlənməyin. Təmizlənməsi çətin olan, suya davamlı makiyaj vasitələrini asanlıqla təmizləmək üçün vazelindən istifadə edə bilərsiniz. Bir az pambığı isladın, vazelin sürtün və makiyajınızı silin. Vazelin həm dərinizin yaxşılaşmasına kömək olar, həm də qırışlarla mübarizə aparar.

9. Dodaq nəmləndiricisi kimi vazelin istifadə edə bilərsiniz. Dodaqlarınızı həm pis hava şərtlərindən qoruyacaq, həm də qüsursuzlaşdıracaq. İstəsəniz, darçınla qarışdıraraq dolğunlaşdırıcı təsirindən də faydalana bilərsiniz.

10. Barmaqlarınızın arasında vazelini isidin. Əllərinizlə saçlarınızı istədiyiniz formaya salın.

11. Saç qırıqlarını aradan qaldırır. Qurumuş saç uclarına vazelin sürtüb 15-20 dəqiqə saxlayın. Bir neçə dəfə istifadədən sonra codlaşmış saç uclarınızın bərpa olunduğunu görəcəksiniz.

12. Saç maskası kimi də istifadə edə bilərsiniz. İstədiyiniz uçucu bir yağ ilə vazelini qarışdırın və saçınıza sürtün. Saçlarınızı yumazdan əvvəl kağız dəsmalla nəmini alın və sonra fenlə qurudun.

13. Saç boyasının dəriyə bulaşması bütün qadınların nifrət etdiyi haldır. Bunun qarşısını almaq üçün vazelin istifadə edə bilərsiniz.

14. Dırnaq boyası sürtərkən az miqdarda vazelini dırnaq əti və dırnaqlarınıza çəkin. Beləliklə, dırnaq boyasının dırnaq ətlərinə batmasına mane olarsınız.

15. Dırnaq qırılmaları və ətin qurumasının qarşısını almaq üçün gecə yatmazdan əvvəl vazelin çəkin. Qurumuş ətdən əsər-əlamət qalmayacaq.

16. Daimi olaraq dırnaqlarınızı vazelinlə masaj etsəniz, zaman keçdikcə parladığını görəcəksiniz.

17. Təbii və ya süni dəri ayaqqabı, pulqabı, pencək kimi əşyalarınızı parlatmaq üçün vazelin istifadə edə bilərsiniz. Nazik bir təbəqə halında çəkin, sonra təmiz bezlə silin.

18. Əgər zamokunuz işləmirsə və ya ilişib qalıbsa, vazelinlə yumşalmasını təmin edə bilərsiniz. Zamok əvvəlki kimi olacaq.

19. Bir parça pambıq parçaya vazelin çəkib taxta əşyalarınızı silsəniz, parlayacağını görəcəksiniz.

20. Əgər paltarlarınıza dodaq boyası və ya tonal krem ​​kimi kosmetik vasitələr batıbsa, vazelin sürtdükdən sonra normal şəkildə yuyun.

21. Dırnaq boyası sürtdükdən sonra qapağın şüşəyə yapışmasının qarşısını almaq üçün vazelin çəkin.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.