Alçanın bilmədiyiniz faydaları

09 Mayıs 2017
2 166
0
Alçanın bilmədiyiniz faydaları
Feat.Az yaşıl alçanın faydaları haqqında məlumat verir:

1. Yaşıl alça təbii antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmi cavanlaşdırır və artıq ziyanlı maddələrdən təmizləyir.

2. Alça C vitamini ilə olduqca zəngindir. C vitamini orqaniz üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin orqanizmdə gedən bir çox proseslərdə iştirak edir - immun sisteminin vəziyyətini yaxşılaşdırır, dəriyə müsbət təsir edir, orqanizmdə qocalma prosesləri ləngidir və s.

3. Alça və alçadan hazırlanan souslar (tkemali və s.) yağlı qidaların daha asan mənimsənilməsinə kömək edir. Alça həzm prosesləri yaxşılaşdırır. Təbii liflərlə zəngin olan alça qəbizliklə mübarizədə çox yaxşı kömək edir.

4. Alça kalium və maqnezium elementləri ilə zəngindir. Bu iki element insanın ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

5. Turşularla zəngin olan alça orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır. Arıqlamaq istəyən insanlar alçanı öz pəhrizinə daxil etməlidir.
axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.