Cəmi 5 dəqiqə və ən dadlı ət yeməyi...- RESEPT

20 Aralık 2021
2 839
0
Cəmi 5 dəqiqə və ən dadlı ət yeməyi...- RESEPT
Qısa müddətdə dadlı bir yemək hazırlamaq istəyənlər, bu resept tam sizə görədir.

Feat.Az
lavaşdan "tava börək" hazırlamağın qaydasını təqdim edir:

Lazım olan ərzaqlar:

200 qr qiymə

1 çay qaşığı adi cirə

1 çay qaşığı istiot ( pul bibər)

1 çay qaşığı qırmızı istiot

Duz, qara istiot

1 qaşıq qatıq

1 ədəd pomidor

2 ədəd lavaş çörəyi

2 yemək qaşığı kaşar pendiri

2 yemək qaşığı kahı

Hazırlanmasına gəldikdə, qiyməni ədviyyatlarla birlikdə bişirib kənara qoyun. Lavaşı tavaya yerləşdirib qiyməli içliyi içərisinə əlavə edin.

Qeyd edək ki, bu yeməyin xüsusi sousu var. Bunun üçün Balkanların məşhur “çeddar” pendirinə və kremə ehtiyacınız var. Sous olmadan da yeməyi hazırlaya bilərsiniz. Lavaşın içərisinə pomidor, kahı, kaşar pendiri qoyun. Az yağlı tavada 5 dəqiqə bişirin.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.