Murdar və pak anlayışlarının mənası nədir?

16 Mayıs 2017
1 586
0
Murdar və pak anlayışlarının mənası nədir?
Şəriətə görə, aşağıdakılar murdar sayılır: insanın və əti yeyilməyən heyvanın nəcasəti, sidiyi, məni (sperma), qan, bismillahsız kəsilən və ya özü ölən heyvanın əti, alkoqollu içki, itin və donuzun bədəni və bədəninə aid olan hər şey, Allaha inanmayan kafirin bədəni, nəcis yeyən heyvanın bədənindən çıxan tər. Bu 10 murdar maddə şəriətdə "nəcasət" adlanır.

Feat.Az
islam.az-a istinadən bildirir ki, onlar rütubətli halda toxunduqları hər şeyi də murdar edirlər. Nəcasətin özünü yumaqla və ya hər hansı yolla pak etmək olmaz, onun nəm halda toxunduğu əşyaları isə pak etmək lazımdır.

Yuxarıda sadalanan nəcasətdən başqa qalan maddələr pak hökmündədir. Şəriətdəki "murdar (nəcəs)" anlayışı məişətdə qəbul etdiyimiz çirkli, kirli anlayışından fərqlidir. Kirli əşyadan istifadə etmək üçün onu yumaq və təmizləmək kifayətdir. Amma murdarlığa bulaşmış əşyanı isə təmizlədikdən sonra həm də pak etmək vacibdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.