Zehninizi gücləndirmək, əsəblərinizi sakitləşdirmək üçün bu meyvədən yeyin

18 Mayıs 2017
1 092
0
Zehninizi gücləndirmək, əsəblərinizi sakitləşdirmək üçün bu meyvədən yeyin
Fea.Az axşam.az-a istinadən armudun inanılmaz faydaları haqda məlumat verir:

Armud ürək, qara ciyər üçün də faydalıdır. Ancaq yeyərkən qabığının soyulub yeyilməsi məsləhətdir. Çünki mədədə ağırlıq yarada bilər.

Revmatizm xəstəliyinə də çox kömək edir.

Armud həmçinin orqanizmdən zəhərli maddələri dəf edir, rəngi təravətləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır.

İştahı artırır, qan təzyiqini tənzimləyir, ürəkbulanmanın qarşısını alır, öd kisəsi üçün faydalıdır.

Mədə pozğunluğu zamanı armudun bərk və susuz olan yabanı növlərindən yemək məsləhətdir.

Böyrəklər və böyrək daşları üçün faydalı meyvədir.

Bundan başqa armud, sidik yollarındakı iltihabları təmizləyir, sidiyə çıxmağa kömək edir.

Qanı təmizləyərək menstruasiyanı normallaşdırır. Qəbizlikdə armud yaxşı təsir edir.

Həzm sistemini qüvvətləndirir, susuzluğu yatırır.

Zehni gücləndirmək üçün də yaxşı qida hesab olunur.

Hamiləlik dövründəki qusmalara, oynaq problemlərinə kömək edir.

Əsəbi hallarda yeyilən armud insanı sakitləşdirə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.