Sən demə, pivəni təkcə içmirlər, həm də..
Əgər qab-qacaqdan balıq qoxusunu heç cür apara bilmirsizsə, o zaman pambıq disklərdən birini soyuq pivədə islatmaq və qabı onunla silmək lazımdır. Qoxudan və ləkədən heç bir əsər-əlamət qalmayacaq!
Güzgüləri silmək əksər xanımlar üçün yorucu işdir. Ləkələri aparmaq üçün yenə pivə köməyə gələcək! Suya bir qədər pivə tökün və həmin suda isladılmış dəsmalla güzgünü silin, qurulayın. Partıltıya siz də heyran qalacaqsız.
Gözəl və parlaq saçlara sahib olmaq üçün tünd pivədən istifadə edə bilərsiz. Belə ki, yarım litr pivəni ¼ hissəsi buxarlanana kimi qaynadırıq. Sonra soyuduruq. Üzərinə şampun töküb qarışdırırıq və saçlarımızı bu qarışıqla yuyuruq. Fərqi hiss edəcəksiz.
Xalçalara düşən ləkəni aparmaq üçün də pivədən istifadə edin: ləkənin üzərinə pivə tökürsüz, bir neçə dəqiqə gözləyirsiz. Sonra ləkəni su ilə yuyursuz.
Bağınızın daha da canlı və gözəl olmasını istəyirsinizsə, o zaman gül-çiçəkləri, ağacları pivə ilə sulayın. Pivə butulkasının ağzını 12-16 saat açıq qoyuruq ki, spirti “uçsun”. Sonra həmin pivə ilə bitkiləri sulayırıq. Məsələ burasındadır ki, pivənin tərkibində onların tez böyüməsi üçün olduqca çox faydalı maddələr var.
Sonda onu da qeyd edək ki, pivəni bu cür işlədib, effektini görmək üçün hər zaman keyfiyyətlisini seçməyiniz lazımdır!