Beyniniz haqqında sizi təəccübləndirəcək 10 maraqlı məlumat

19 Mayıs 2017
1 958
0
Beyniniz haqqında sizi təəccübləndirəcək 10 maraqlı məlumat
Sirlərlə dolu insan beyni hər zaman alimlərin tədqiqat obyekti olub. Texnologiyanın inkişafı sayəsində hər gün beynimiz haqqında yeni və təəccüblü məlumatlar öyrənirik.

Feat.Az
xəbər verir ki, Avropanın 2-ci Beyin Xəstəxanası - NPİstanbulun mütəxəssisləri beyin haqqında 10 təəccüblü məlumatı açıqlayıb.

1. Sol beyin, rasional və strateji düşüncələr istehsal edib uzunmüddətli planlar qurur. "Əgər" və “Amma” sözlərini çox istifadə edir. Sağ beyin isə emosionaldır. Səmimiyyətə və yaxınlığa əhəmiyyət verir. Daha dayaz düşünür. Ən çox fikirləşdiyi sözlər bunlardır: "dərhal” və "indi”. Sol beyin həqiqətləri, sağ beyin duyğuları, ön beyin doğruları təhlil edir.

2. İnsanın sağ beyni gözəlliyə pərəstiş etməyə meyllidir. Qadınlarda beynin sağ tərəfi daha çox işlədiyi üçün estetikaya kişilərdən daha çox önəm verir.

3. Uzunmüddətli depressiya adamda altsheymer riskini iki dəfə artırır. Xroniki alkoqol istifadəsini isə beyni zədələyərək altsheymer xəstəliyinin yaranmasına zəmin hazırlayır.

4. Yeni aldığımız məlumatları beyin 24 saat içərisində təkrar edir, məsələ üzərində baş sındırır və öyrənilənlərin qalıcı olması təmin edilir. Bu şəkildə beyin kimyəvi qeyd edir.

5. Uşaqlıq və gənclik dövrünə aid xatirələr daha sonra baş verənlərə nisbətən daha az unudulur. Bunun səbəbi uşaq yaşlarda beynin öyrənmə tutumunun geniş və öyrənilənlərin arasında əlaqə yaratmaq qabiliyyətinin yüksək olmasıdır.

6. Uşaqlar altı yaşına qədər duyğusal impatiyanı (özünü qarşı tərəfin yerinə qoymaq), daha sonra da zehni impatiyanı öyrənirlər. 10-12 yaşlarında isə mücərrəd impatiya qabiliyyətini əldə edirlər.

7. Gecə yuxusu gündüz öyrəndiklərimizi möhkəmləndirir. Beyin üçün ən ideal yuxu gecə saatları gecədir. Gecə yuxusu beyində olan sinir hüceyrələri arasındakı əlaqələrin inkişaf etdirilməsini təmin edir. Bu sayədə beyin gündüz öyrəndiklərini gecə qeydiyyatdan keçirir. Sağlam beyin üçün yuxunuza diqqət yetirin. Çünki qeyri-kafi yuxu beyinə mənfi təsir göstərir və iradəni zəiflədərək hərəkətlərin ləngiməsinə səbəb olur.

8. Beyni fəallaşdırmaq üçün monotonluqdan uzaqlaşın. Səhər vərdişlərinizdə dəyişiklik edin. Məsələn, səhər yeməyindən sonra geyinin və işə gedərkən fərqli radio kanallarını dinləyin. Tədqiqatlar göstərir ki, bu dəyişikliklər beyin fəaliyyətində müsbət istiqamətində ciddi təsir göstərir. Vəzifə nə qədər adi və monoton olsa, beynin fəaliyyətləri də bir o qədər aşağı düşür.

9. Beyin vitaminlərlə bərabər keyfiyyətli yağlara da ehtiyac duyur. Tərkibində Omeqa 3 və Omeqa 9 yağları olan məhsullar qan dövranı sisteminin işini yaxşılaşdırır. Bu da beynin də funksiyalarının fəaliyyətini artırır. Odur ki, mütəmadi olaraq balıq və ya qoz yeyin.

10. Son olaraq diqqət etməli olduğunuz digər məqamlar isə bunlardır: Beyin və sinir sağlamlığı üçün faydalı olan B vitami azlığına laqeydlik etməyin. B vitamin qrupu beyin və sinir sisteminin sağlamlığını qorumaq baxımından böyük əhəmiyyət daşıyır. Əks halda depressiya, unutqanlıq və əsəbiliyə yol aça bilər. Qara ciyər, taxıl məhsulları, paxlalılar sinfinə aid olan bitkilər və doşab B vitamininin ən yaxşı mənbəyidir.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.