Rəng dünyanız...Tipiniz və Aksessuarlar - Foto

Rəng dünyanız...Tipiniz və Aksessuarlar - Foto
Siz öz tipinizi düzgünmü bilirsiniz? Düzgün seçilmiş tip və rəng palitrası ilə siz öz fərdiliyinizi, şarmınızı vurğulaya bilərsiniz. Öz rəng tipinizi düzgün müəyyən etməklə siz qarderobunuzu dəqiqliklə tamamlaya və aksessuarlarınızı doğru seçə bilərsiniz. Bunun üçün sizə dörd əsas tip və onların düzgün aksessuar seçimini müəyyən etdik.

Nəcib tip


Rəng dünyanız...Tipiniz və Aksessuarlar - Foto

Bu tip xanımların təbii tünd saçları və mat dəriləri olur. Saç və dəri rəngi arasında heç bir güclü kontrast olmur. Üz dərinizə isə bütün rənglər uyğundur, xüsusilə də, şokolad, albalı, tünd yaşıl rənglər. Parlaq, cəlbedici çalarlardan uzaq durmalısınız. Aksessuar: Bahalı daşlar və metallar bu tipin xanımları daha xoşbəxt, eleqant edir, yüksək zövqlərindən xəbər verir. Bunlar arasında mat sarı qızıl, qara və ya krem mirvari, qəhvəyi kəhrəba, ağacdan etnik bilərziyi görə bilərsiniz.

Parlaq tip

Rəng dünyanız...Tipiniz və Aksessuarlar - Foto

Bu tipin xanımlarına parlaq və kürən saçlar, isti parlaq çalarlı dəri təbiilik verir. Əgər siz də belə xanımlardansınızsa krem, od qırmızısı, bal sarısı, açıq-mavi və ot yaşılı kimi parlaq, xoşbəxt rənglərə üstünlük verməlisiniz. Bəlli olmayan çalarlardan qaçın.

Aksessuar: Parlaq tipli xanımlar mat gümüşü və ya qızılı (əgər saçlar kürəndirsə) metal və isti çalarlarda olan bahalı daşlardan yana seçim etməlidirlər. Diqqət etməlisiniz ki, parlaqlıq sizin dəri çalarınızdan üstün olmasın.

Kontrastlı tip.

Bu tipin xanımları isə tünd saçlara və açıq dəriyə sahib alovlu əsmər olurlar. Saç və dəri arasında gözəçarpacaq qədər kontrast var. Əgər belə tipə malik xanımsınızsa təmiz və parlaq rənglərə üstünlük versəniz doğru addım atmış olarsınız: qara, al qırmızı, zümrüd yaşılı, yasəmən, günəş sarısı.

Rəng dünyanız...Tipiniz və Aksessuarlar - Foto

Aksessuar: Belə tipə sahib xanımlar çalışmalıdırlar böyük ölçülü qarniturlar, boyunbağı, qolbaq və sırğalar istifadə etsinlər. Bunlar ağ metal, bahalı mirvari, parlaq daşlar, briliant və ya zümrüd ola bilər.

Zərif tip

Rəng dünyanız...Tipiniz və Aksessuarlar - Foto

Onlar doğuşdan təbii buğdayı, qızılı saçlı və ya sarışın olurlar, dərilərinin rəngi isə demək olar ki, ağ olur, bir az çəhrayıya çalır. Bu xanımlar zərif, yüngül çalarlarda geyimlər seçməlidirlər, əsasən də, qum, şaftalı, açıq yaşıl və bənövşəyi rənglərə üstünlük verməlidirlər. Kəskin kontrastdan, xüsusilə də, ağ-qaranın birləşimindən uzaq dursalar yaxşı olar.

Aksessuar: Gümüş və ya qızıldan nazik, zərif boyunbağılar, gümüşü metaldan mat bijuteriya, zərif çəhrayı mirvari və eleqant fil sümüyü, parlaq olmayan bahalı daşlar (pastel çalarlarında) zərif tipin xanımlarının müraicət edəcəkləri aksessuarlardan olmalıdır.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.