Meyvə çayları və onun faydaları
Meyvə çaylarının faydaları
Feat.Az immunitet.az-a istinadən bildirir ki, meyvə çaylarının tərkibi vitamin və mikroelementlərlə zəngin olur. Bu çaylar orqanizmə tonuslandırıcı və hüceyrələri yeniləyici təsir göstərir. Meyvə çayları orqanizmin müqavimətini artırır və immunitetini yüksəldir.
Meyvə çayları aşağıdakı meyvələrdən və ya onların qarışımından hazırlana bilir. Çiyələk, moruq, sitrus meyvələr, alma, armud, yemişan, banan, müxtəlif giləmeyvələr, ərik, qaysı, üzüm, müxtəlif bitkilər və onların yarpaqlarından meyvə çayı dəmləmək mümükndür.
Hazırlanması:
Dəm çaynikinə meyvə dilimləri, yarpaqları və s. tökülür, üzərinə qaynar su əlavə edilib, bir-neçə dəqiqə dəmlənir. Meyvə çayını uzun müddət qaynatdıqda onun tərkibindəki efir yağları qaynayaraq uçur və çay dadlı olmur. Ən yaxşı dad almaq üçün dəmləməyə qoyulduqdan 10-15 dəqiqə müddətindən artıq çaynik odun üstündə qalmamlıdır.