İmam Zaman ağanın həyatda olmasına dair dəlillər

21 Mayıs 2017
1 730
0
İmam Zaman ağanın həyatda olmasına dair dəlillər
"Kafirlər Allah nurunu öz batil sözləri ilə söndürmək istəyirlər.... Əlbəttə, Allah Öz nurunu kafirlərin xoşuna gəlməsə də, tamamlayacaqdır". ("Səff" surəsu, ayə 8)

İnsan övladı daim daxildən və xaricdən şübhələr, şəklər və vəsvəslərin təsirinə məruz qalır. Bu təsirlər daxildən nəfsin, xaricdən isə iblisin (lən) və onun ordusunun vasitəsi ilə baş verir. Odur ki, Adəm övladının vəzifələrindəndir ki, bu təhlükəyə qarşı Allah Təbərakə Taəlaya sığınaraq, daim düşüncə və təfəkkürdə olub, əqli və nəqli dəlillərin nəticəsində agahlıq əldə etsin, qəflətə düşməsin, imanını əldən verməsin.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, axırı zamanda bir xilaskarın - Həzrət Məhdinin (ə.f) gələcəyinə etiqad məsələsində bütün İslam dünyası həmrəydir. Əhli-sünnənin etiqadına görə, Həzrət Məhdi (ə.f) həmin dövrdə doğulacaq, amma indi dünyada yoxdur. Əhli-şiənin etiqadına görə isə hicri-qəməri tarixi ilə 255- ci ildə dünyaya gəlib, hal hazırda 1183 yaşı var və qeybdədir.

O Həzrət (ə.f) doğuluşunun, qeybdə olmasının və zühurunun formasına görə peyğəmbərlərdən (ə) beşinə bənzəyir. Həzrət Yunusa (ə), Həzrət Yusifə (ə), Həzrət Musaya (ə), Həzrət İsaya (ə) və Xatəmul-Ənbiya, aləmlərə rəhmət olan Həzrət Peyğəmbərimizə (s) bənzəyir.

Əslində mövzu bu, deyil. Burada yalnız Həzrət Məhdinin (ə.f) Həzrət İsaya (ə.s) bənzərliyindən, mövzuya daxil olmaq üçün istifadə edəcəyik.

Həzrət İsanın (ə) diri olması ilə bağlı bəzi camaatda necə şəklər var idisə, Həzrət Məhdinin (ə.f) də sağ olması ilə bağlı elə o cür şəklər və fikri vəsvəsələr vardır və mövcuddur.

Əvvala onu deyək ki, Həzrət Məhdi (ə.f) haqda istər əhli-sünnə, istərsə də əhli-şiə mənbələrində olan heç bir hədislərdə "doğulmuşdur" və ya "doğulacaqdır" kəlməsi gəlməmişdir, işlədilməmişdir və yoxdur. Bu hədislərdə yalnız "zühur", "zahir" və "gələcək" kəlmələri var və ümumiyyətlə, "doğulacaq" feli yoxdur.

İmamın (ə.f) həyatda olması barədə istər əqli, istərsə də nəqli dəlillər çoxdur. Əqli dəlillər barədə "Əqaid" elmində bəhs edilir. Bu gün onlardan istifadə etməyəcəyik. İstifadə edəcəyimiz nəqli dəlillərdə ən mötəbər mənbələrə əsaslanacağıq.

1-ci dəlil - "Qədr" surəsi.


İmamın (ə.f) həyatda olmasının ilk dəlili olaraq "Qədr" surəsinə diqqət edək:

"O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enər". ("Qədr" surəsi, ayə 5.)

Qədr gecəsində mələklər nazil olur. Yəni, bütün mələklər nazil olur. Çünki ayədə "mələklər" sözünün əvvəlində "Əlif-ləm" bağlayıcısı gəlir. "Mələklər" sözü "Əlif-ləm"-lə ifadə olunduğu üçün ərəbcə verdiyi mənalardan biri, onun tamlığı və bütövlüyü ifadə etdiyini bildirir. Məsələn: "Şübhəsiz, insan, ziyan içindədir". ("Əsr" surəsi, ayə 2) Burada "İnnəl-insənə" deyildikdə, bütün insanlar nəzərdə tutulur. Əgər deyilsə "İnnə insənə", onda bir hissə nəzərdə tutular.

Həzrət Peyğəmbərin (s) vaxtında nazil olan mələklər kimə nazil olurdu? Əbu Sufyana, Əbu Ləhəbə, müşriklərə, kafirlərə, munafiqlərəmi nazil olurdu? Mələklər Qədr gecəsi ən kamil insana - Həzrət Peyğəmbərə (s) nazil olurdu. Çünki ən kamil insan Peyğəmbərimiz (s) idi.

Həzrət Peyğəmbərin (s) rehlətindən sonra kamil insan var idimi? Əgər yoxdur desək, onda Qurani-Kərimə zidd söyləmiş olarıq. Yəni, Qurani-Kərimi Peyğəmbərin (s) dövrü ilə məhdudlaşdırarıq. Quranı əbədilikdən çıxararıq. Qədr gecəsi Peyğəmbərin dövründə olduğu kimi, sonrakı dövrlərdə də vardır. Peyğəmbərdən (s) soruşmuşlar: "Ya Rəsulullah, Qədr gecəsində sənə nazil olan mələklər səndən sonra kimə nazil olacaq?". Cavabında buyurmuşdur: "Qardaşıma - Əbutalib oğlu Əliyə (ə)". Çünki, Peyğəmbərdən (s) sonrakı zamanlarda ən kamil insan İmam Əli (ə) idi.

Bəs, bu gün Qədr geçəsi vardırmı? Hansı adam, hansı bir şəxs, hansı məzhəbin alimi deyə bilər ki, bu gün Qədr gecəsi yoxdur? Onda bu zamanda Qədr geçəsi mələklər kimə nazil olur? Peyğəmbərin (s) dövründə necə ki, ən kamil insana nazil olurdu, elə o cür də bu gün ən kamil insana nazil olur. Bu günün ən kamil insanı isə Həzrət İmam Məhdidir (ə.f).

2-ci dəlil - "Səqəleyn" hədisi.


Əbu Səid və Zeyd ibn Ərqamdan nəql edirlər: "Rəsulullah (s) belə buyurmuşdur: "Mən sizə elə bir şey əmanət edəcəyəm ki, ona sarıldıqca əsla azğınlığa düşməyəcəksiniz. Bu şeylərdən biri digərindən böyükdür. Göydən yerə uzanan ip kimi olan Allahın Kitabı və İtrətim - Əhli-Beytim. Bu ikisi Qiyamət günü hovuzun başında mənə gələnə qədər əsla bir-birindən ayrılmayacaqdır. Bu iki şey haqqında mənə necə itaət edəcəyinizə diqqət edin".

- Quran məsumdur. Əhli-Beyt (ə) də məsumdur. Əgər bu, belə olmazsa, bir-birindən ayrılmazlıq qaydası - düsturu pozular. Əgər bunlardan biri məsum olmazsa, onda bir-birindən ayılmış olarlar.

- Qurani-Kərim insanlara təhəddi edir. Əhli-Beyt (ə) də eynilə təhəddi edir və belə kimsəni tapmaq olmaz ki, Əhli-Beytin (ə) məqamına malik olsun. Qurani-Kərimə batil yol tapa bilməz. Eləcə də Əhli-Beytə (ə) də batil yol tapa bilməz. Quranda batil yoxdur, eləcə də Əhli-Beytdə (ə) də batil yoxdur. Əgər bu, belə olmazsa bir yerdə olmaqlıq qaydası-düsturu pozular. Onda ayılmış olarlar.

- Əgər desək ki, bu gün Qurani-Kərim olduğu halda, Əhli-Beyt (ə) yoxdur - yenə də bu düstur qaydası pozulur. Odur ki, necə ki, bu gün Qurani-Kərim bu dünyada varsa, elə o cür də bu dünyada Əhli-Beytdən (ə) bir mübarək insan olmalıdır. Bu isə zəmanənin sahibi Həzrət İmam Məhdidir (ə.f)

3-cü dəlil - Zəmanə İmamını (ə) tanımadan ölənin barəsində olan hədis.


"Zəmanəsinin İmamını tanımadan ölən şəxsin ölümü - cahiliyyətdəkilərin ölümü kimidir".

Bu hədisin səhih olmasında bütün İslam dünyası həmrəydir və bu hədis də açıq-aydın deyir ki, Zəmanə Sahibini (ə.f) tanımadan ölənin ölümü cahiliyyətdəkilərin ölümü kimidir.

4-cü dəlil - "İsra" surəsi, ayə 71.


"(Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq. Beləliklə, (əməl) kitabları sağ əllərinə verilən kəslər, öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz (nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar)".

Bu ayə açıq-aydın ayədir, heç bir xüsusi şərhə və təfsirə ehtiyac yoxdur. Burada da ayənin 1-ci cümləsindən hər şey açıq-aydın görünür.

Allah bizi İmam Məhdinin (ə.f) köməkçilərindən qərar versin! İnşəallah! Amin!

Əs-səlamu ələykum və rahmətullahi və bərakətuh!
Əvvəlki Xəbər Növbəti Xəbər

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kişilərdə heç vaxt dəyişdirə bilməyəcəyiniz - 4 XÜSUSİYYƏT
18:00
0

Kişilərdə heç vaxt dəyişdirə bilməyəcəyiniz - 4 XÜSUSİYYƏT

Kitabdan Söz Yazılı Şəkilləri 2020 (82)
17:00
85

Kitabdan Söz Yazılı Şəkilləri 2020 (82)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
37

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Yüksək təzyiqdən əziyyət çəkənlər bunları yeməməlidir
15:00
56

Yüksək təzyiqdən əziyyət çəkənlər bunları yeməməlidir

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (372)
14:00
181

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (372)

Hansı Bürc Nəyə Kədərlənir - Foto
13:00
160

Hansı Bürc Nəyə Kədərlənir - Foto

Bel ağrılarını azaldan tövsiyələr
12:00
67

Bel ağrılarını azaldan tövsiyələr

Sənmən Yazılı Şəkillər 2020 (22)
11:00
271

Sənmən Yazılı Şəkillər 2020 (22)

Kakaolu Napoleon tortu resepti - Video resept
11:00
49

Kakaolu Napoleon tortu resepti - Video resept

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ