Bəd-nəzər həqiqətən varmı?

24 Mayıs 2017
1 106
0
Bəd-nəzər həqiqətən varmı?
Bəd-nəzər (gözdəymə) həqiqətən varmı? Dinimiz bu barədə nə deyir?

Gözdəymə (bəd-nəzər) məsələsinə İslam alimlərinin münasibəti birmənalı deyil. Bəzi müsəlman alimləri gözdəymənin sadəcə olaraq özünü-təlqin olduğunu bildirir və ona inanmamağı məsləhət görürlər. Bəzi alimlər isə bunun həqiqət olduğunu, mənfi enerji şəklində bir insandan başqa insana ötürülə bildiyini iddia edirlər. Onlar Qurani-kərimdə Həzrət Yəqub Peyğəmbərlə (ə) bağlı bir hadisəni də öz iddialarına sübut kimi gətirirlər. Həzrət Yəqub Peyğəmbər (ə) öz oğullarını Misrə göndərəndə onlara tapşırırmışdı: "Oğullarım! (Şəhərə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun" (Yusif, 67). Təfsirçilərin bir qismi yazır ki, Yəqub Peyğəmbər (ə) oğullarının sayının çoxluğuna görə onlara göz dəyməsin deyə, şəhərə ayrı-ayrılıqda girmələrini məsləhət görmüşdü.

Feat.Az islam.az-a istinadən bildirir ki, bəd-nəzərin həqiqət olduğu barədə hədis və rəvayətlər çoxdur. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) öz nəvələri Həsənlə Hüseyni (ə) qorumaq üçün dua oxumuş və buyurmuşdu ki, bu duanı vaxtilə Həzrət İbrahim Peyğəmbər (ə) öz oğulları İsmaillə İshaq (ə) üçün oxuyubmuş. Həmçınin, Peyğəmbərimiz əmisi oğlu Cəfər ibn Əbu Talibin uşaqlarının bəd nəzərdən qorunması üçün üstlərində dua gəzdirmələrinə icazə vermişdi. İmam Əlinin (ə) isə belə buyurduğu rəvayət edilir: "Göz dəyməsi həqiqətdir, ondan qorunmaq üçün duadan istıfadə etmək də həqiqətdir".

Gözdəymənin qabağını almaq üçün batil üsullardan (gözmuncuğu, qaratikan, nal) istifadə etmək günahdır. Bəzi məlumatlara görə, nəzər ayəsini (Qələm, 51-52) oxumaqla, yaxud kağıza yazıb öz üstündə gəzdirməklə, ya da evin divarından asmaqla bəd nəzərdən amanda qalmaq mümkündür.
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (320)
18:00
0

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (320)

Səbəbim Yazılı Şəkilləri 2019 (85)
17:00
84

Səbəbim Yazılı Şəkilləri 2019 (85)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
67

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Burun qanaxmasının səbəbləri və müalicəsi
15:00
59

Burun qanaxmasının səbəbləri və müalicəsi

Readers Notes Yazılı Şəkilləri 2019 (16)
14:00
219

Readers Notes Yazılı Şəkilləri 2019 (16)

Bürclər Haqqında Maraqlı Məlumatlar (617) - Fotolar
13:00
168

Bürclər Haqqında Maraqlı Məlumatlar (617) - Fotolar

Sinir sıxılması nədir? - Səbəbləri, əlamətləri
12:00
77

Sinir sıxılması nədir? - Səbəbləri, əlamətləri

Psixologiya Yazılı Şəkilləri 2019 (11)
11:00
245

Psixologiya Yazılı Şəkilləri 2019 (11)

Unsuz brauni resepti
10:00
58

Unsuz brauni resepti

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ