İftar və obaşdanda bunları bol-bol yeyin

03 Haziran 2017
1 337
0
İftar və obaşdanda bunları bol-bol yeyin
İsti və uzun yay günlərinə təsadüf edən müqəddəq Ramazan ayında aclıq və susuzluğun qarşısını almaq üçün obaşdana süd və yumurta, iftarda kompot istehlak edilməsinin faydalı olacağı qeyd olunur.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər müqəddəs Ramazan ayında insanı tox saxlayan qidalarla yanaşı balanslı qidalanmanı təmin edəcək ərzaqların da istehlak edilməsinin mühüm olduğunu vurğulayırlar. Südün tərkibində olan bol miqdarda zülal və qida elementləri uzun müddət insanı tox saxlayır və bir çox xəstəliyin də qarşısını alır. Yumurta sarısı isə gündəlik tələb olunan enerjinin dörddə üçünü, yağ, A, D və E vitaminlərinin hamısını, zülal və B2 vitamininin 50 faizə qədərini təmin edir. Yumurta, həmçinin uşaqlıq dövründən etibarən 100 faiz həzm olunan, orqanizmdə heç bir qalıq qoymayan zülala malikdir. Tərkibində kalsium, dəmir, kolin, fosfor olan qidalar insanı tox saxlamaqla yanaşı, sağlam da qidalanmanı təmin edir.

İftarda lavaş istehlak edirsinizsə, obaşdan mütləq taxıllı çörəklər istehlak etməlisiniz. Buna riayət etmədiyiniz təqdirdə, ciddi bağırsaq xəstəlikləri üzləşə biləcəksiniz.

İftarda meyvə şirələri başda olmaqla yanaşı tərəvəz və meyvələr də mütləq süfrələrinizdə qoyun. İftarda şəkər miqdarı az olan ərik, üzüm kimi qurudulmuş meyvələrin yeyilməsi orqanizmin həm enerji, həm də su ehtiyacını təmin edəcəkdir. Həmçinin qurudulmuş meyvələr dəmir baxımından da olduqca zəngindir. Dəmir də anemiyanın qarşısını alır. Bu cür qansızlıq xəstəliyinə qarşı da tədbir alınmış olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.