Ərdoğandan dünyaya haqlı sual

24 Ekim 2014
1 338
0
Ərdoğandan dünyaya haqlı sual
Ərdoğandan dünyaya haqlı sual

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Kobani şəhəri uğrunda döyüşən 2 terrorçu təşkilat barədə maraqlı açıqlamalar verib.

Ərdoğan Kobaniyə peşmərgələrin göndərilməsi təklifinin ona məxsus olduğunu bildirib:

"Barak Obama ilə telefon danışığımda bu təklifi mən etdim. Bildirdim ki, PYD və PKK qruplarına verəcəyiniz dəstəyi anlayışla qarşılayırıq. Ancaq bu bizim üçün qəbul edilə bilməz. Biz yalnız Azad Suriya Ordusu ilə əməkdaşlıq edə bilərik. Ancaq indi ABŞ rəsmiləri çıxıb başqa şeylər deyirlər. Media da bu xəbərləri fərqli şərh edir".

Daha sonra PKK üçün Kobaninin niyə belə əhəmiyyətli olduğunu sual edən Ərdoğan Şimali İraqdan gələn peşmərgələrin Türkiyə ərazisindən Kobaniyə keçməsinə qarşı olmadığını deyib:

"İki gün keçdi, üçüncü, dördüncü gündəyik. Kobani müdafiə olunur. Kobani özləri üçün niyə bu qədər strateji əhəmiyyət daşıyır, onu anlamaqda çətinlik çəkirəm. Çünki Kobanidə mülki adam qalmayıb. 200 min nəfər ölkəmizə keçib, onlara ev sahibliyi edirik. Kobanidə yalnız 2 min qədər döyüşçü var".

ABŞ-ın kürdlər üçün hava vasitəsi ilə göndərdiyi silahların İŞİD-in əlinə keçdiyini söyləyən Türkiyə prezidenti anti-İŞİD koalisiyassının Kobanini müdafiəsinə verdiyi dəstəyi tənqid edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.