Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
Mütəxəssislər bildirirlər ki, 20 ədəd gilas orqanizmə 1 ədəd aspirin kimi təsir göstərir.
Lusiana Universitetinin professorlarının apardıqları araşdırma göstərib ki, gündə 2 dəfə gilas şirəsi içmək yuxu problemlərini həll edir. Bu baxımdan gilas şirəsi yuxu gətirici dərmanlardan daha təsirlidir.
Feat.Az gilasın elmi təsdiqini tapmış faydalarını təqdim edir:
*Dərmanlardan həddən artıq istifadə edənlərdə qaraciyərin zədələnməsinin qarşısını alır.
*Nikotinin orqanizmdən atılmasına kömək edir. Ona görə də siqaret çəkənlər üçün faydalıdır.
*Qanı təmizləyir, qandakı şəkərin miqdarını azaldır.
*Təsirli ağrıkəsicidir.
*Sızanaqlara və qırışlara qarşı təsirlidir. Bir neçə ədəd qırmızı gilası əzib üzə çəkmək olar.
*İmmunitet sistemini gücləndirərək xəstəliklərə yaxalanmaq riskini azaldır.
publika.az