Bəzi insanlar niyə qrip olmur? - Bu xəbərə diqqət

13 Haziran 2017
2 237
0
Bəzi insanlar niyə qrip olmur? - Bu xəbərə diqqət
Alimlər müəyyən bir tip genin bəzi insanları qrip virusundan qoruduğuna inanır.

Qrip virusu öskürmə və asqırma nəticəsində ətrafa yayılan kiçik hissəciklər vasitəsilə yayılır.

Bəsit bir öskürək belə 100.000 virus hissəciyinin havaya yayılmasına bəs edir.

Burnunuzu silərkən bu rəqəm 2 milyona qədər çata bilər.

Üstəlik olduqca yoluxucu olan bu virus insanların 5-15%-nə təsir edir.

Virusa qarşı hamı fərqli bir reaksiya göstərir.

Bəziləri yatağa düşəcək qədər xəstələndiyi halda, 30-50%-lik qisim müqavimət göstərə bilir. Yəni virus bu insanların bədənindən asanlıqla atılır. Amerikalı alimlər qrip virusundan təsirlənən insanlardakı genləri tədqiq etdilər. Araşdırmalar zamanı mövsümi qrip epidemiyasına səbəb olan H3N2 virusuna yoluxmuş 17 könüllü müşahidə altına alındı. 5 gün ərzində hər 8 saatdan bir qan nümunələri götürüldü. Nəticə olaraq 17 nəfərdən 9-nun özünü xəstə hiss etdiyi müşahidə edildi. Digərləri isə heç bir xəstəlik əlaməti göstərmədi. Bu reaksiya fərqliliyinin səbəbinin genlərlə əlaqəli olduğu ortaya çıxdı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.