Yatış formasına görə xasiyyətini öyrən - XARAKTERİSTİKA

01 Ocak 2022
3 983
0
Yatış formasına görə xasiyyətini öyrən - XARAKTERİSTİKA
Yatış formalarının birbaşa insan xarakteri ilə əlaqəli olduğunu bilirsiniz? Hansı yatış formasının nə məna verdiyini bilmək istəyirsinizsə, Feat.Az-ın bu yazısına nəzər yetirin.

Yastığı qucaqlamaq


Yastığı qucaqlayaraq, ya ayaqlarının arasına alaraq yatmaq bir çox insanların təbiətindən irəli gəlir. Bu insanlar dostluq, ailə və şəxsi münasibətlərinə çox bağlı olurlar. Başqalarına kömək etməyi sevir və öz zövqlərinə heyrandırlar.

Kötük pozası

Belə insanlar əlləri, ayaqları dümdüz şəkildə yatırlar. Onlar çox sosial, etibarlı tipdirlər. Bəzən də çox saf olurlar.

Döl pozası

Ən sıx rastlanan yatış formasıdır. İnsan ayaqlarını qarnına doğru bükərək yatır. Kənardan baxanda çətin insan kimi görünsələr də, daxilən utancaq və həssasdırlar.

Xoruldayaraq yatmaq


Xoruldamaq əlimizdə olan bir şey deyil. Araşdırmaçılar bu insanların yüksək duyğulara sahib olduğunu, depressiya və aqressivliyi də yüksək səviyyədə yaşadığını deyirlər. Həyatlarının hər anını gözəl yaşayan və ehtiraslı biri olurlar.

Əsgər yatışı

Arxası üstə qolları yanda əsgər kimi yatış formasının bəzi iş sahiblərinə məxsus olduğu deyilir. Bu insanların ciddi xarakteri və çox gözləntiləri olur.

Əsnəmə forması

Yatarkən qollarını önə uzadan şəxslər çoxdur. Ətrafa çox açıq olurlar. Bundan başqa şübhəli və mənfi tiplərdir. Qərar verərkən çox düşünürlər, ancaq ağıllarına bir şey gəldisə, onu etmədən əl çəkməzlər.

Dəniz ulduzu forması


Arxası üstə yatıb, qollarını və ayaqlarını iki yan tərəfə ayıranlar sadiq tiplərdir və dostlarını öz həyatlarından üstün tuturlar.

Yarım əsgər, yarım dəniz ulduzu


Bu insanlar nə əsgər kimi dümdüz, nə də dəniz ulduzu kimi səpələnmiş şəkildə yatırlar. Təbiəti sevən və başqa insanlardan çox tez təsirlənən tiplərdir.

Sərbəst yatış forması

Üzlərini yastığa qoyub əllərini yastığın altına keçirərək yatanlar çox sosial və tələskəndirlər. Daxillərində gizli sinir var və tənqidə qarşı həssas olurlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.