Hıçqırıqdan xilas olmağın yolları

21 Haziran 2017
1 353
0
Hıçqırıqdan xilas olmağın yolları
Nəfəsinizi tutun: ən qədim müalicə üsulu nəfəsi tutmaqdır. Nəfəsinizi tutmaq diafraqmanın düzləşib genişlənməsini çətinləşdirir. Bu da yüngüllük gətirir.

Biri sizi qorxutsun:
qorxu refleksi hıçqırığı aradan qaldırır. Feat.Az deyerler.org-a istinadən bildirir ki, bunun üçün biri sizi qorxutduğu zaman hıçqırıq keçir.

Bir kağız torbanın içinə nəfəs alıb verin: qandakı karbondioksid səviyyəsini artırdığı, sinirləri və diafraqmanı sakitləşdirdiyi bilinir.

Dilinizin altına bal sürtün: şirin yemək onuncu sinirə təkan verir, beyninizə siqnal göndərir və diafraqma təzyiqini azaltmağı təmin edir.

Bir dilim limon çeynəyin: limonun acılığı da onuncu sinirə təkan verir və hıçqırıq aradan qalxır.

Dizlərinizi sinənizə çəkin: oturun, arxaya söykənin və dizlərinizi sinənizə çəkin. Bu diafraqmaya təzyiq edəcək, əzələ çəkilməsinə mane olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.