Hansı qidalar qabıqlarıyla daha faydalıdır

23 Haziran 2017
1 443
0
Hansı qidalar qabıqlarıyla daha faydalıdır
Kivi: kivinin saçlı səthi antioksidantlarla zəngindir, antixərçəng, iltihab əleyhinə və antiallergik xüsusiyyətlərə sahibdir. Qabığı özündən 3 qat daha çox antioksidant ehtiva edir.

Ananas: ananasın kənarındakı tikanlı səthi deyil, amma sərt nüvəsi istifadə edilə bilər. Lif və C vitamini tərkibi ilə yanaşı, əsas faydası bromelain adlı maddə daşımasıdır.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, bu ferment qidaları və ölü lifləri həzm sistemində sürətli hissələrə bölür və beləliklə, mədəni qoruyur.

Banan: aparılan bir tədqiqatda banan qabığının ruh halını tarazlaşdıran bir kimyəvi maddə olan serotonindən zəngin olduğu üçün depressiyanı azaltdığı məlum olmuşdur.
Banan qabığı lutein antioksidantını da daşıdığından göz hüceyrələrini ultrabənövşəyi işığın zərərli təsirlərinə qarşı qoruyur.

Sarımsaq:
aparılan bir araşdırmaya görə, sarımsağın qabığı 6 fərqli antioksidant maddədən ibarətdir. Sarımsağın xarici səthini tullamaq qocalma prosesilə mübarizə aparan və ürəyi qoruyan fenilpropanoid antioksidantların tullanması deməkdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.