Portağaldan daha çox C vitamini ehtiva edir

11 Temmuz 2017
1 248
0
Portağaldan daha çox C vitamini ehtiva edir
Yayın müjdəçisi olan çiyələk, vitamin mənbəyidir və faydaları saymaqla bitmir.

Mütəxəssislər çiyələk mövsümündə qida rasionundan əskik etməmək üçün 7 səbəb saydı:


1. Dilim-dilim kəsilmiş bir fincan çiyələk yalnız 53 kalori və 3,3 qram lifdən ibarətdir.

2. Çiyələk, portağaldan daha çox C vitamini ehtiva edir. Feat.Az deyerler.org-a istinadən bildirir ki, bir stəkan çiyələk, yetkin bir insanın gündəlik C vitamini ehtiyacının 13%-ni ödəyir.

3. Çiyələk, qan şəkəri yüksək olan insanlar tərəfindən istehlak edilə bilər. Çünki çiyələk, glisemik indeksi dəyərinə malik mənfi qan şəkərinə təsir etmir. Əlbəttə çox yemək də ziyan ola bilər.

4. Qırmızı meyvələr, aşağı şəkərli meyvə kimi qəbul edilir. 100 qram çiyələkdə 4,1 qram şəkər vardır. Şəkər səviyyəsi ən aşağı qırmızı meyvə isə moruqdur.

5. Antioksidant və polifenollar baxımından zəngin olan çiyələk, dəriniz üzərində də möcüzələr yaradır. Çiyələk dərinizin bərpasını təmin edir və xüsusən günəşdən zərər görən hüceyrələri yeniləyir.

6. Çiyələk sevirsinizsə, rahat gülümsəyə bilərsiniz. Çiyələyin daşıdığı xüsusi turşu, diş minalarının ağarmasına yardımçı olur.

7. Çiyələk ürək və ürək-damar sistemi üçün də çox faydalıdır. Həftədə üç dəfə çiyələk yemək xüsusilə qadınlarda infarkt riskini azaldır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.