Bürclərin ifritəlik dərəcəsi – İNANILMAZ İTTİHAMLAR

18 Temmuz 2017
3 214
0
Bürclərin ifritəlik dərəcəsi – İNANILMAZ İTTİHAMLAR
Bürclərin hər birinin özünəxas müsbət və mənfi cəhətlərinin olduğunu hamımız bilirik. Feat.Az-ın bu yazısında zodiak işarələrinin ən pis xasiyyətlərini bir az yumoristik, bir qədər də istehzalı şəkildə izah etmişik.

QOÇ

İmpulsiv əclafdır. Etdiyi səhvlərdən sonra aktyorluq məharətini işə salıb üzr istəyir, yaxud da qüruru ona üzr istəməyə imkan verir.

Bəhanəsi: “Şeytan fikrimi qarışdırdı...”

BUĞA

Ağıllı-kamallı haramzadədir. Qoçun tam əksidir. Onlar kimi necə vurmaq lazım olduğunu qabaqcadan ölçüb-biçir, qarşı tərəfə necə daha möhkəm zərbə vurmağın yollarını axtarır.

Bəhanəsi: “Sən buna layiqsən!”

ƏKİZLƏR

Yüngülxasiyyətli əclafdır. Əkizlər bürcü qarşı tərəfə haqsızlıq etdiyini bəzən heç özü də dərk etmir və başa düşmür ki, özünü çox pis aparır. Hətta 5 dəqiqə sonra etdiyi hər hansı pisliyi unudur.

Bəhanəsi: “Sən məndən incimisən? Niyə?”

XƏRÇƏNG

Müxtəlif növlü əclafdır. Xərçənglər özlərini elə aparır ki, elə bil əclaf və ifritə siz, onlar isə sadəcə qurbandır. Və həmişə də belə olacaq, onun günah və ya səhvləri nə qədər çox olsa, günahkar tərəf yenə də siz olacaqsınız. Üstəlik, o, bununla kifayətlənməyəcək. Bütün dünyaya sizin onunla ədalətsiz davrandığınız barədə car çəkəcək.

Bəhanəsi: “Buna sən özün məni məcbur etdin!”

ŞİR

Özünəvurğun əclafdır. O, dahidir, digərləri isə əl-ayağa dolaşan zir-zibil. Bütün pislikləri, ifritəliyi, əclaflığı da bu vəziyyətdən doğulur.

Bəhanəsi: “Ürəyim belə istədi”.

QIZ

Kinli ifritədir. Haradasa, nə vaxtsa siz onun yolunu kəsmisinizsə, işinə mane olmusunzusa, əvəzini mütləq alacaqsınız. Bütün bu illər ərzində o, sadəcə münasib fürsət gözləyirdi.

Bəhanəsi: Ya özünü bilməzliyi qoyub “Mən?! Sən bunu necə düşünə bilərsən?”, ya da özünəinamlı şəkildə “Yadındadırsa, filan vaxtı sən də mənə belə-belə... etmişdin” deyəcək.

TƏRƏZİ

Qorxaq əclafdır. Ümumiyyətlə, bu reytinqdə 1-ci yerdə dayanır. Həyat tərzi çox qarışıqdır. Özünə lazım olanda yalan danışır, hətta böhtan atır... Və hər səhvi də qorxaqlıq üzündən baş verir.

Bəhanəsi: Heç bir bəhanə gətirmir: “Belə alındı, vəssalam”.

ƏQRƏB

Prinsipial əclafdır. Prinsiplər mahiyyətindən asılı olaraq müxtəlif ola bilər. Onlar belə hesab edir ki, əgər siz onun quyruğunu tapdamısınızsa, hansısa qadağanı pozmusunuzsa, mütləq cəzalandırılmalısınız. O, özünü ƏDALƏT (böyük hərflərlə) carçısı hesab edir.

Bəhanəsi: Heç bir səbəb gətirməyəcək və təkəbbürlə çənəsini yuxarı qaldırıb özünü qalib kimi göstərəcək.

OXATAN

Qalmaqallı əclafdır. Özünü qanmaz kimi aparsa da, əslində, səbəbkarı olduğu münaqişələrdən zövq alır.

Bəhanəsi: Səsini qaldırıb, sizi səhv çıxarmağa çalışacaq.

OĞLAQ

Məhdud ifritədir. Bütün mənfi cəhətlər sanki Oğlaq bürcündə toplanıb: laqeyd Buğa + Şir eqoizmi + təkrarsız kütlük + tamahkarlıq + acgözlük.

Bəhanəsi: “Belə alındı”.

DOLÇA

Siyahıda 2-ci yer onlarındır. Sizin ağrı-acınıza, yaxud da başınıza gələn fəlakətlərə qəddarcasına gülüb keçəcək. Onların anadangəlmə ürək xəstəliyi var.

Bəhanəsi: “Ha-ha”

BALIQ

Laqeyd əclafdır. "Kömək edin" kimi çığırtılar eşidəndə qapı-pəncərəni bağlayıb, ədyala bürünüb oturur. Xəstəxanada ağır vəziyyətdə olduğunuzu eşidəndə son günlərini yaşadığınızı düşünəcək və bir də özünə əziyyət verib sizin yanınıza gəlməyəcək...

Bəhanəsi: “Hər kəs özü üçün yaşayır, bağışla”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.