Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?
BÜRCLƏRƏ QASTRONOMİK SƏYAHƏT
Sizə uyğun ərzaqlar
Dahi astroloq Kolepeper hələ XVII əsrdə bəyan etmişdi ki, ulduzlar, planetlər və bürclər bizim yemək seçimimizə, ağız dadımıza birbaşa təsir edir. O, hər planetin nəzarətində olan ərzaqları, qidaları sistemləşdirib, bürclərin qida ensiklopediyasını yaradıb. Bürcünüzə uyğun ağız dadınızı bir daha müəyyənləşdirib, sizə daha uyğun, daha faydalı və Planetinizin məsləhət bildiyi menyunu tapacaqsınız.

QOÇ
Əsl Qoç boşqabında eyni vaxtda bir neçə fərqli qidanı, yeməyi, hətta şoraba ilə şirniyyatı da yığa bilər. Təki gözünə yemək bol görünsün. Qoçların mədəsi doysa da, gözü hələ də qazanda qalır. Bazarlığı da geninə-boluna edir. Yeməkdə qənaəti sevmir.
Məsləhət bilinən ərzaqlar: Quzu əti, sarımsaq, qoz, nanə, soğan, mixək, turp, reyhan, xardal, zəncəfil, acı bibər, ananas, qəhvə.
Görünür QOÇ-lar yandırıb yaxan və qızışdırıcı tərkibli ərzaqları yaxşı həzm edir.
Sevir: əti. Ətsiz doymur.

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

BUĞA

Süfrədə səliqəlidir. Qonaq gedib, ev sahibəsinin bişirdiyi yeməkləri dadıb, rəy verməyi xoşlayır. Yemək olmayan yerdə BUĞA oturmaz. Özü də şorbasından tutmuş kompotuna kimi tam menyu olmalıdır. Süfrə etikasına həssasdır.
Məsləhət bilinən ərzaqlar: Mal əti, ov quşu, kərə yağı, pendir, yoqurt, ənginar, zəfəran, salat, noxud, paxla, sparja, qarabaşaq, şabalıd, alma, armud, şaftalı, gavalı, üzüm, əncir, zeytun, nanə, cəfəri, koriandr, xurma.
Sevir: kabab, şorba.

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

ƏKİZLƏR
Bu bürcün insanları salatları, qəlyanaltıları, yüngül, havalı yeməkləri, şirniyyatları sevir. Əkizlər boşqaba çəkilməsini gözləmədən, elə qazandaca, ya süfrədəncə əlini uzadıb heç olmasa bir göyərti qoparmalıdır. Masa arxasında saatlarla əyləşir. Yemək yemək onun üçün həm də uzun –uzadı söhbət fürsətidir.
Məsləhət görülən ərzaqlar: Quş əti, dil əti, kök, çuğundur, qoz, turp, cəfəri, şüyüd, müxtəlif ot ədviyyatları, lavanda.
Sevir: yeni reseptlər, Sezar salatı, sobada tərəvəzli yeməklər.

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

XƏRÇƏNG

Onlar xəmir və un məmulatlarını sevir. Şirin ətirli qidalar üçün urəyi gedir. Xərçəngi qədim, nənələrdən gələn reseptlərlə sevindirə bilərsiz. Bir də onun üçün ev ab-havası önəmlidir. Öz evində, bəzəkli süfrə, salfetlər, qab-qacaq doğmalıq hissi yaradır.
Məsləhətli ərzaqlar: Balıq, ilbiz, toyuq, kələm, düyü, dəniz nemətləri, salat, pendir, xiyar, balqabaq, kabak, göbələk, tomat, kartof, yemiş, rozmarin
Sevir: püre, balıq, kəsmikli şirniyyat.

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

ŞİR
Ona yeməkdənsə, bahalı qab-qacaq, qızılı qaşıqlar, zərli süfrələr ver. Ən seçilmiş təamları gözü tutur: təzə ətdən xörək, quş südü şirniyyatı, bahalı içkilər. Heyvanların şahı Şir masanın başında oturmalıdır.
Məsləhət olunan ərzaqlar: Quzu əti, qaraciyər, qızıl balıq, dəfnə, banan, quru meyvələr, limon, badam, şabalıd, zəfəran, manqo, portağal, nar, şirin qarğıdalı, darçın, yarpız.
Sevir: piy, quyruq, kolbasa, qızarmış ət, kabablar, isti və ətli salatlar.

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

QIZ
Hisə verilmiş, mağazada satılan, fabrik məhsulları ilə kababı eyni iştahla yeyə bilər. Amma ruhunun doyması üçün ona mütləq mineral su, salat və təzə tərəvəzlərdən qarnir lazımdır. Dietik qidalanmaya meyillidir. Yeməyin faydası haqqında çox düşünür.
Məsləhətli ərzaqlar: Yağsız ət, quş, yüksək nişasta tərkibli ərzaqlar, giləmeyvələr, tumlar, ədviyyat, zeytun yağı, kök, qoz, qara çörək otu, cəfəri.
Sevir: mannı, tərəvəz salatı, buxarda bişmiş yeməklər, meyvə şirələri.

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

Tərəzi
Həyata yüngül və asan yanaşdıqları kimi yeməyə də həssas deyillər. Dadlı nə varsa, sevirlər. Gözəlliyi xoşlayır. Amma bu o demək deyil ki, yeməyin üstünü xiyardan güllər, yumurtadan dizaynla bəzəməlisiz. Tərəzi bunu qiymətləndirməyəcək. Onun üçün yeməyin tutumu, hansı ərzaqdan hazırlanması, dəyəri və dadı vacibdir. Onlar üçün adi meyvə salatından tutmuş duzlu balığa kimi hər şey keçərlidir. Yeməkdə qənaət xoşlamırlar. Amma yaxşı aşpaz da olmurlar. Evsayağı yemək, evdə süfrə - onlar üçün əsasdır, nəinki restoran.
Məsləhət görülən ərzaqlar: qara çörək, şokolad, Çili bibəri, qatıq, kəsmik, dəniz məhsulları, bibər, pomidor, qırmızı kələm, qarağat, buğda, qarabaşaq, zeytun yağı, bulğur.
Sevir: Paştet, tərəvəz qarniri

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

Əqrəb

Onların özlərinə məxsus yemək vərdişləri var. Uşaqlıqdan alışdıqları yeməyi, dadı, rejimi dəyişmirlər. Əgər uşaqlıqda düzgün yeyiblərsə, böyüyəndə də eyni olur, əksinə olubsa, heç kim Əqrəbi düzgün qidalanmağa məcbur edə bilməz. Sadə yeməkləri bişirməyi bacarır, yeməyə gələndə isə gözü ən yaxşı, ən böyük və maraqlını axtarır. Qədim və milli yeməklərin aşiqidir. Əgər yeni bir yeməyinizi Əqrəb bəyəndisə, sizi təbrik etmək olar. Duzu, şorabanı çox sevir. Onun yeməklərində duzda xəsislik etməyin, yoxsa sizi çox istəməyəcək.
Məsləhət görülən ərzaqlar: yağsız ət, balıq delikatesləri, alma, sitrus meyvələr, çuğundur, soğan, balqabaq, turp, vanil, koriandr, əncir, gavalı, xardal, sparja.
Sevir: yoqurt, pirojna, şirniyyat, kolbasa və təəssüf ki, alkoqol

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

Oxatan

Həddən artıq enerjili və çox danışan Oxatanlar harda nə vaxt nə yeyəcəklərini yaxşı bilir. Tez-tez acıyır. Masasında artıq, ona yad yemək ola bilməz. Sevimli yemək siyahısını tez-tez tələb edir. Yaşlansalar da cavan qalan və uzunömürlü Oxatanlar buna görə yeməyə borcludurlar. Həqiqi qurmandırlar. Amma kaprizli deyillər. Ac olanda daşdan yumşaq nə oldu yeyirlər.
Məsləhət görülən ərzaqlar: lobya, paxlalılar, soya, balıq, xiyar, çiy kələm, nanə, cəfəri, reyhan, manqo, xurma, ərik, mineral sular.
Sevir: kabab, qızartma yeməklər, şorbalar, kükü, düyü.

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

Oğlaq

Çox qənaətcildir, zövqlü, dadlı, bahalı yeməkləri sevir, restoranda oturmaqdan ötrü ürəkləri gedir, hətta pulları olmasa belə... Nə yediklərini reklam etməyi xoşlayırlar. Amma bazarlıq etməyi, biş-düşü xoşlamırlar. Etsələr də candərdi edirlər. Onlar üçün yemək göstərişdir, əslində isə yeməyə qarşı daxilən biganədirlər. Evdə kim qarşılarına nə qoyur, onu da yeyir, aylarla bir yeməkdə qala bilər. Bir şərtlə ki, başqalarının bundan xəbəri olmasın. Ona görə səhhətlərində, immunitetlərində zəiflik ola bilər.
Məsləhət görülür: bitki yağı, salat, kahı, xiyar, mərci, gavalı, heyva, badımcan, portağal, mineral sular, süd, qəhvə, pivə, xren, arada acı, istiotlu yeməklər.
Sevir: meyvəli yoqurtlu xamalı salatları, yüngül qəlyanaltı, badımcanlı yeməklər.

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

Dolça

Hər şeydə maraq axtaran Dolçalar heç vaxt görmədikləri, yemədikləri yemək axtarışında olur. Olduqları yerdə ən maraqlı yeməyi soruşur. Menyunu ələk-fələk edir. Dostları ilə səbəbsiz belə yığışıb yeyib-içməyi sevir. Bahalı delikateslər arzusundadır. Ürəyindən keçən yeməyi yerin deşiyindən də olsa tapmalıdır. Qəribə reseptləri özləri də sınaq üçün bişirir və həmişə tərif gözləyir. İştahları tez açılır.
Məsləhətdir: dənli bitkilər, soya, süd məhsulları, alma, limon, armud, çiyələk, qoz, badam, bal, yarma, ispanaq, kök.
Sevir: əlvan rəngli meyvə-tərəvəzi, təzə şirələri.

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

Balıqlar

Yeməyə aludəçi və tələbkar deyillər. Baxmayaraq ki, çox yeyirlər, daim pəhrizə ehtiyac duyurlar. Eyni həvəslə bahalı yeməyi də yeyirlər, pendir çörəyi də. Heç vaxt vaz keçmədikləri isə şirniyyatdır: konfet, tort, dondurma. Mətbəxdə çox vaxt keçirirlər. Qaraciyərləri zəif olduğundan qidalanma rejiminə fikir verməlidirlər.
Məsləhət görülür: təzə salat, pomidor, tupr, perlova, düyü, üzüm, nar, günəbaxan, üzüm, itburnu, heyva.
Sevir: yumşaq tərkibli yeməkləri, deserti, şirniyyat, sufle.

Bürclərin ağız dadı: Kim nə yeyir, nə xoşlayır, kimə nə olmaz?

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.