Qadın...

19 Temmuz 2017
1 945
0
Qadın...
Qadın ətək geyindi, ayaqlarına baxdınız... Şalvar geyindi, arxasına baxdınız... İzdihama girdi söz atdınız, ictimai nəqliyyatda tək qaldı, təcavüz etdiniz... Açıq geyinincə "bizi təhrik edir" dediniz... Qapalı geyinincə içinə maraq saldınız... Qız uşaqları oxumasın dediniz, amma nədənsə xəstəxanaya gedincə qadın həkim istədiniz... O qədər cinsəlliyə acdınız ki, çarəsizə hücum etdiniz... İstədiyini ala bilməyincə də hər tərəfi darmadağın etdin... Sənə heç öyrətmədilərmi zorla gözəllik olmaz deyə? Milyonlarca qadını öldürdünüz dəfələrlə, heçlik yaşatdınız qadınlara... Hər dəfəsində qadını aşağıladınız, onu yalnız cinsəl vasitə kimi gördünüz... Vasitəyə yetməyincə ölümə yetirdin... Halbuki sən evinə gedincə anan hazırladı süfrəni... Sən yemək seçirsən deyə sevdiklərindən hazırladı... Təmiz geyin deyə paltarlarını yudu, ütülədi, qarderobuna asdı... Məktəb iclaslarına həmişə anan gəldi... Əlifbanı təkrar əzbərlədi səninlə birgə... Sən üşümə deyə yuxusuna haram qatıb üstünü örtdü... Qarşılıqsız sevdi səni... Yeri gəldi dostun oldu, yeri gəldi müəllimən oldu, yeri gəldi bacın oldu, yeri gəldi ata oldu sənə... İndi bir düşün , səni də bir qadın dünyaya gətirmədimi?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.