Hədislərədə, Zühura ən Yaxın olan hadisə.

30 Ekim 2014
1 473
0
Hədislərədə, Zühura ən Yaxın olan hadisə.
Hədislərədə, Zühura ən Yaxın olan hadisə.

1-İmam Sadiq (ə): Bəni-abbasın müxalifəti tamamlayıcı əlamətlərdəndir. Səmadan gələn nida, tamamlayıcı əlamətlərdəndir. Bizdən Qaimin (əc) xürucu tamamlayıcı məsələlərdəndir.
(Bəşarətül-islam, s. 449)
2- İmam Sadiq (ə): Sevdiyiniz həyata keçəməyəcək, bəni-filan (abbas) arasanına ixtilafa düşmənyincə. İxtilafa düşdükdən camaat onların hökümətinə göz dikəcək, onların ixtilafını qənimət sayacaq. O zaman Süfyani xüruc edəcək. (Müntəxəbül-əsər, s. 252)

3- İmam Rza (ə):
Bəzənti, imam Rzadan (ə) rəvayət edir: “Fərəcin nişanələrindən (biri də odur ki,) Məkkə və Mədinə arasında baş verən hadisədir.” Soruşdum: O hadisə nədir?
Buyurdu: “İki hərəm arasında iki qəbilə arasında təəssüb (iğtişaşı) yaranacaq. Filankəsin sülaləsindən olan Filnakəs, on beş qəbilə rəsini qətlə yetirəcək.” (Biharül-ənvar, c. 52, s. 210)
4- İmam Sadiq (ə): “Bu hadisə üz verməyəcək, bəni-filankəsin arasında qılınclar işə düməyincə həlqə daralmayınca, ixtilaf incəlməyincə. O zaman Süfyani xüruc edəcək.”
(Kəşfül-ğəmə,c. 3, s. 319)
5-İmam Baqir (ə): “Bəli, Süfyaninin xürucu mütləqdir. Səmavi nida mütləqdir. Günəşin qürubdan çıxması mütləqdir. Hökümət üstündə bəni-abbasın iğtişaşı mütləqdir. Nəfsi Zəkiyyənin qətli mütləqdir. Ali-Məhəmmədin (s) xürucu mütləqdir.” (İlzamün-nasib, s. 145)
6-İmam Sadiq (ə): Abbasın övladı ixtilafa edib qüdrətləri süst və zəifləşəndə hamı onlara qarşı cəsarətlənəcək, ərəb onlara fərmanına qulaq asmayacaq və hər bir çomaq sahibi çomağını götürəcək, Şami (Süfyani) üzə çıxıb Yəmənə üz tutub Həsəni hərəkət edəndə bu işin sahibi zühur edəcək.”
7- Rəsuli-əkrəm (s): “Bəni-abbasın dövləti zamanı özünüzə gəlin ki, onlar dövlətdə olduqları zaman bizim şiələr üçün təhlükə var. Onların hökumətinin sonunda yanan alovdan daha güclü nişanələr var.” (Elamül-vəri, s. 427)
8- Əmirəlmöminin (ə):
“Qaim qiyam etməz, dünyanın gözü çıxarılmayınca səmada qırımızılıq yaranmayınca.... Bəni-abbasın tufanlar işində batması onlar üçün çox çətin və hadisələrlə dolu gündür...” (Əlzamül-vəra, s. 197)
9. imam Sadiq (ə) fərəc bütünlüklə, bəni-abbasdan filankəsin ölümündədir. (Qeybəti-Nomani, s. 137)
10. İmam Sadiq (ə): “Şübhəsiz ki, Mədinədə bir kişi öldürüləcək. Soruşdular ki, onu Süfyani ordusumu öldürəcək?! Buyurdu: Xeyir. Onu filankəsin (bəni-abbasinin) qoşunu öldürəcək. Onu heç bir günahsız öldürdükləri üçün Allah artıq onlara möhlət verməyəcək.” Sonra buyurdu: “ zaman fərəci (İmamın zühurunu) gözləyin, inşallah.”
11. İmam Sadiq (ə) : “Hər kəs mənə Əbdüllahın ölülümün zəmanətini versə, mən də zühurun zəmanətini oan verirəm. Əbdüllahın ölümü gəlib çatanda camaat onun yerinə gələcək heç bir canişinlə razılaşmayacaq. Bu macara, həzrət Sahibül-əmrin (əc) zühurunadək davam edəcək.İllər çəkən sultanlıq dövrü başa catacaq, neçə ay və ya neçə günlük padşahlıq dövrü başlayacaq.” Əbu bəsir deyir, soruşdum: “Bu vəziyyət çox çəkəcək? “ Buyurdu: “Heçvaxt! Bu padşahın (Əbdüllahın) ölümündən sonra baş verən iğtişaşlar Hicaz qəbilələrinin çəkişməsi ilə nəticələnəcək.” (Biharül-ənvar, c. 52, s. 210)
12. İmam Sadiq (ə):
“Hər kəs, mənim üçün Əbdüllahın ölümünə zəmanət versə, mən Qaimin zühurunu ona zəmanət verərəm.” Sonra buyurdu: “ Əbdüllah ölən zaman camaat hökumətə gələcək şəxs üzərində razılığıa gəlməz və iğqtişaş Allahın izni ilə Sahibül-əmrin (əc) zühurunadək davam edər. Neçə illik hökumətlik dövrü başa çatar, neçə ay və neçə günlüyə çevirilər.” Soruşdum: “Bu macəra uzun çəkəcək?” Buyurdu: “Heçvaxt” (Biharül-ənvar, c.53, s. 340)
13. İmam Baqir (ə) : “Onun (Əbdülahın) ölümünün səbəbi odur ki, özünün xacələrinin (qulamlarının) biri ilə evlənəcək və qulam onun qətlinə əl atacaq... və onun ölümünü qırx gün məxfi saxlayacaqlar. Bu minvalla onların hökkranlığının kökü kəsiləcək.” (Kəmalüddin Səduq, s. 655)
14.İmam Sadiq (ə): Camaata ərəfatda (vüquf halında olanda) durduqları zaman bir yüngülgəzən dəvə oraya gəlir xəlifənin ölüm xəbərini çatdırcaq. Onun ölümü ilə Ali-Məhəmməd (ə) fərəci və bütün camaatın həlli vaxtı çatacaq. (Biharül-ənvar, c.52, s. 340)
15. İbn Əbi Yəfurdan nəql olunub: İmam Sadiq (ə) mənə buyurdu: “ Barmağınla say: filanəsin həlakı, Süfyaninin xürucu, Nəfis Zəkiyyənin qətli və ...” Nəhayət buyurdu ki, “bütün fərəc və müşküllərin həlli filankəsin həlak olamasındadır. (Biharül-ənvar, c. 2, s. 234)
16. İmam Məhəmməd Baqir (ə):
“Qaim, bir, üç beş kimi fərd günlərdə qiyam edəcək.” Buyurdu: “ O zaman bəni-abbas (filankəsin sülaləsi),hökumətə sahib olacaq və həmişə eyş-işrətlə məşğul olacaq, aralrında iğtişaş düşüncə. (Onların arasında çəkişmə başlayanda) hökumətlərinin kökü kəsiləcək. Şərq-qərb və hətta qəbilə əhalisi bir-birləri ilə davaya qalxacaq. Elə bir halda olduqları zaman nəhayət nidaçı səmadan nida edəcək... (Biharül-ənvar c. 52, s. 235)
17. imam Məhəmməd Baqir (ə): Filankəsin övladı ixtilafa düçar olanda fərəc yaxındır, fərəc yaxındır. Sizin fərəciniz onların ixtilafına bağlıdır. İxtilafın nişanələri üzə çıxanda ramazana ayında nidaçının səmadan gələcək nidasını gözləyin. Nida eşidiləndən sonra camaat onlara cəri olacaq və Süfyani xüruc edəcək, işlərləri pərakəndə olacaq. Xorasanlı Seyid onların əleyhinə xüruc edəcək. .. (Bəşarətül-islam, s. 52)
18. Filankəsin öladının məhv olması küzənin sınmasına bənzəyir... onların rejimin süqutu kuzənin düşüb sınması kimidir. Onlar qəflət yuxusuna batmiş halda olacaqlar. Birdən göz açıb görəcəklər ki, onların rejimi 136, süqut edəcək. (Qeybəti –Nomani, s. 136)
19. İmam Sadiq (ə) : “Bəni-filankəsin hökuməti keçdikdən sonra, Allah biz Əhli-beytdən (ə) olan bir kişi ilə Ali –Məhəmməd minnət qoyacaq...” (Bəşarətül-islam, s. 141)
Bütün bu hədislərdən məlum olur ki, zühur əsrində, bəni-abbas və ya bəni-filankəs, Hicaz hakimlərindən olub Ərəbistanda sakini olacaqlar. Məsələn, 10-cu hədisdə əmisi oğlu, o möhtərəm fərd, Nəfsi Zəkiyyənin qətlinin məkanı, bəni-filankəsin ordusunun vasitəsi ilə Mədinədə baş verəcəyi deyilib. Bu, onu göstərir ki, bəni-filan və ya bəni-abbas, hakim sülalə və Ərəbistan sakinləridir. On beş qəbilənin böyüklərinin qətlindən söz açılan hədisəd də onların bəni-abbas qəbiləsidən olan bir şəxsin vasitəsi ilə və Məkkədə olacağı olacağı da o mənanı təsdiqləyir. “Məhdiçilik” ərsəsinin seçilən təhqiqatçılarından sayılan Əllamə Kuraninin etiqadına görə də, bəni-abbas və ya bəni-filankəs Hicazda olan sonuncu hakim sülalədir.
Bəni-filan və ya bəni-abbas zühur əsrinə aid rəvayətlərdə də,Ərəbistanda hakim sülalənin sonuncusu, yəni vəhhabi və ali-səud hesab olunur.” (Əsr-zühur, Əllamə Kurani, Cəlali, çap: Nəşri-beynəlmiləli. s.2)
Yuxarıda deyilən məlumatlara diqqət etsək, zühur ərəfəsində sözü gedən bəni-abbas sülaləsini, onların arasında ixtilaf və iqtidara çatmaq uğurnda döyüşün yaranması, zühurun hətmi nişanələrindən sayılır. İqtidar üzərində qəti və qaçılmaz döyüş Ərəbistan hökumətinin zəifləşməsinə səbəb olacaq. Beləliklə də Ərəbistanda dünyəvi islam hərəkatı üçün zəmin yaranacaq. Əks təqdirdə bir bir dövlət, az sayda adam və imkansız halda qələbə qazamaq çox çəitindir.”
mənbə:sibtayn.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.