Səxavət dövlətlə ölçülməz - İbrətamiz Hekayə

01 Ağustos 2017
3 480
0
Səxavət dövlətlə ölçülməz - İbrətamiz Hekayə
Peyğəmbərin əmisi nəvəsi, Imam Əlinin qardaşı oğlu Abdullah ibn Cəfər səxavəti ilə tanınan bir adam idi. Onu hətta səxavətdə Hatəmi-Taiyə bərabər tuturdular. Bir gün Abdullahın yolu bir bağın yanından düşür.

Baxıb görür ki, bağda qara dərili bir qul işləyir. Nahar vaxtı çatanda qulun yeməyini gətirib ona verirlər. O da süfrəsini açıb yerə sərir. Yeməyə başlamaq istəyəndə bir ac köpək ona yaxınlaşıb yazıq-yazıq ulamağa başlayır. Qul yemək tikələrindən birini köpəyə verir. Köpək çörəyi yeyəndən sonra yenə istəyir. Qul ikinci tikəni də ona yedizdirir. Köpək doymadığı üçün yenə yemək istəyir. Qul üçüncü tikəni də onun qabağına atır. Beləliklə, süfrədəki bütün yeməyi köpəyə verir, özü isə süfrəni yığışdırıb bir kənara qoyur və işinə davam edir.

Abdullah özünü saxlaya bilməyib qula yaxınlaşır və soruşur: «Niyə öz yeməyinin hamısını köpəyə verdin?». Qul cavab verir: «Nə bu həyətin sahibi, nə də ətrafdakılar it saxlamırlar. Bildim ki, bu köpək uzaqdan gəlib, mənə pənah gətirib. Onu ac qoyub özüm yeməyə utandım». Abdullah soruşur: «Özün üçün yemək saxlamadın?». Qul cavab verir: «Yox, bu, mənim bir günlük yeməyim idi». Abdullah heyrət içində qalır: «Bəs sabaha kimi nə yeyəcəksən?». Qul: «Heç nə. Ac qalıb sabaha kimi səbr edəcəyəm».

Abdullah qulun fədakarlığına valeh olur, öz-özünə deyir ki, bu qul məndən də səxavətlidir. Sonra Abdullah bağ sahibini tapıb bağı da, nökəri də ondan pulla alır. Qulu azad edir, bağı da ona bağışlayır.

(Feyz Kaşani. Əl-Məhəccətül-beyza, VI, 80)
islam.az

ƏN SON XƏBƏRLƏR

HAMISI
Bürclər Haqqında Maraqlı Məlumatlar (594) - Fotolar
13:00
0

Bürclər Haqqında Maraqlı Məlumatlar (594) - Fotolar

Uşaqsız ailələrdə boşanma halları artır
12:00
0

Uşaqsız ailələrdə boşanma halları artır

Semiçkalı Un Halvası - Video Resept
11:00
37

Semiçkalı Un Halvası - Video Resept

Ümidim Yazılı Şəkilləri 2019 (20)
10:00
214

Ümidim Yazılı Şəkilləri 2019 (20)

Tarixdə Bu Gün - 22 Sentyabr
09:00
89

Tarixdə Bu Gün - 22 Sentyabr

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (327)
21:00
1 134

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (327)

22.09.2019 Gündəlik Bürclər (22 Sentyabr 2019 Günlük Bürclər)
20:00
3 265

22.09.2019 Gündəlik Bürclər (22 Sentyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (268)
19:00
1 248

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (268)

Sənmən Yazılı Şəkillər 2019 (11)
18:00
1 157

Sənmən Yazılı Şəkillər 2019 (11)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ