Bakıda yeni yaşayış binasında güclü yanğın: xəsarət alanlar var, bina boşaldıldı - YENİLƏNİB

26 Ekim 2014
1 730
0
Bakıda yeni yaşayış binasında güclü yanğın: xəsarət alanlar var, bina boşaldıldı - YENİLƏNİB
Bakıda yeni yaşayış binasında güclü yanğın: xəsarət alanlar var, bina boşaldıldı - YENİLƏNİB

18:12

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, sakinlər təxliyyə ediliblər.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, binanın13-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verib. Üç otaqlı mənzilin iki otağı və içindəki əşyalar yanıb. Alov Binanın 14-cü mərtəbəsindəki mənzilin pəncərə çərçivələrinə də keçib.


Yanğınsöndürənlər yuxarı mərtəbələrdən 20 nəfər sakini təxliyyə ediblər.

Hər iki mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

---------
14:56

Bakıda yeni yaşayış binasında yanğın baş verib.

Milli.Az novosti.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, Yeni Yasamal adlanan ərazidə yerləşən yeni tikilmiş binada baş verib.

Yanğın iki mərtəbədəki mənzili, 10 və 11-ci mərtəblərdəki evləri əhatə edir.

Hazırda hadisə yerinə gələn 3 yanğınsöndürən briqada alovu söndürməyə çalışır. Yanğın nəticəsində xəsarət alanlar var. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanalara aparılıblar. Binanın sakinləri təxliyyə ediliblər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.