Konfutsi’dən bir-birindən dəyərli 15 müdrik aforizm

Konfutsi’dən bir-birindən dəyərli 15 müdrik aforizm
Konfutsi qədim dövr Çin filosofu və mütəfəkkiridir. Çin fəlsəfi sisteminə onun qədər təsir göstərmiş başqa filosof tapmaq çətindir. Bu təsir o qədər güclü olmuşdur ki, Konfutsianizm adlı yeni bir dinin yaranmasına səbəb olmuşdur. Sonradan ona “Yüz min nəslin atası” kimi görkəmli bir adın verilməsi də bunu göstərir. Feat.Az bu görkəmli mütəfəkkirin bir-birindən dəyərli 15 müdrik sitatını təqdim edir. Oxuyun və düşünün.

1. Qocalıq qarın yağması kimi qəfildən gəlir: səhər durub görürsən ki, dörd bir tərəf ağa bürünüb.

2. Elm, bilik o qədər böyük həzz mənbəyidir ki, o, insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını unutdura bilər.

3. Təhsilli insanlar hər şeydən əvvəl ədalətə dəyər verir. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olursa, üsyankar olurlar. Cahil insanlar ədalət olmadan cəsarət sahibi olursa, quldur olurlar.

4. Heç vaxt insanların ümidləriylə oynama, bəlkə də tək sahib olduqları şey odur.

5. Bildiyini bilənin arxasınca gedin, bildiyini bilməyəni oyandırın, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın.

6. Köhnə məlumatlardan bəhrələnərək yeni məlumatlar əldə etmək təlim-tərbiyənin təməlidir. Bu işi bacaran insan müəllim sayıla bilər.

7. Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin.

8. Qadınların düşündüyünü, adətən, kişilər həyata keçirirlər.

9. Danışarkən üç şeyə diqqət yetirmək lazımdır: başqası danışanda sözünü kəsməmək, danışmaq növbəsi çatanda susmamaq, danışarkən əl-qol atmamaq.

10. Ağılla hərəkət etmək üçün insanın üç yolu var: birinci ən nəcib yol – düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən əzablı yol – təcrübədir.

11. Güclü olan, zəif yanını hər kəsdən yaxşı biləndir; daha güclü olan isə zəif yanına hökm edə biləndir.

12. Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır.

13. Heç kim müvəffəqiyyət nərdivanını əlləri cibində çıxmamışdır.

14. Lovğalıq insanın bütün yaxşı xüsusiyyətlərini məhv edir.

15. Müdrik adam özünə rəva görmədiyi şeyi başqasına da rəva görməz.
pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.