Lao Tze-dən Maraqlı Sözlər

16 Ağustos 2017
2 918
0
Lao Tze-dən Maraqlı Sözlər
- Ağıllı adam yarışmaz, beləcə kimsə ona qarşı qazana bilməz.

- Başqalarını bilən kimsə məlumatlı, özünü bilən kimsə müdrikdir.

- Bilənlər danışmır, danışanlar bilmir.

- Bilmədiyini bilmək ən yaxşısıdır. Bilməyib də bildiyini sanmaq təhlükəli bir xəstəlikdir.

- Ən böyük fəth mübarizə etmədən qazanılar, ən müvəffəqiyyətli idarəçi əmr etmədən idarə edər.

- Heç bir zaman bir insanı mühakimə etməyin, o vaxta qədər ki, siz uzun bir yolu onun çəkmələri ilə qət etməmisinizsə.

- Həyat qısadır – ona görə də vaxt itirməyə dəyməz, ondan həzz almaq lazımdı.

- Kim ki düşünür – o hər şeyi dərk edir, deməli, heç bir şeyi bilmir!

- Qanun və qərarların çoxluğu cinayətlərin az olması demək deyildir, əksinə.

- Ləyaqətlilərin qanunu – yaxşılıq edib və savaşmamaqdı.

- Minlərlə kilometrlik bir səfər belə, tək bir addımla başlar.

- Öz düşüncələrinizə qarşı ehtiyatlı olun, onlar – əməlin başlanğıcıdır.

- Pisliyi ədalətlə, yaxşılığı yaxşılıqla qarşıla.

- Sizi idarə edənlər – sizi qəzəbləndirənlərdi.

- Yaxşı bir səyyahın məqsədi bir yerə çatmaq deyil.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.