Əsnəmək nədir?

21 Ağustos 2017
1 342
0
Əsnəmək nədir?
Əsnəmək orqanizmin fizioliji və psixoloji bir vəziyyətidir. Bu xəstəlik sayılmır. Əvvəllər yorğunluğun və yuxusuzluğun əlaməti kimi qəbul olunan əsnəmək, uzun illər alimlərin apardığı araşdırmalarda tam əksini tapmışdır. Belə ki, alimlər bunun əksini söyləyirlər. Məsələn, uzun müddət fikrini dərsinə verib çalışan şagird əsnəmir, ancaq kənarda işsiz və onunla eyni yaşda olan çalışmayan şagird əsnəyir. Yəni əsnəməyin zehni və fiziki işlə heç bir əlaqəsi yoxdur.

Feat.Az
immunitet.az-a istinadən bildirir ki, əsnəmək zamanı ağız böyük açılaraq çoxlu miqdar havanı daxilə çəkməklə beyinə daha çox oksigen ötürür. Əsnəməyin müddəti 6 saniyədən çox olmur. Əsnəmək xəstəlik deyildir, amma o yoluxucudur. Qarşısındakının əsnədiyini görən digər adamı da əsnəmək tuta bilir. Hətta bəzi insanlar vardır ki, onlar əsnəmək barədə danışanda, oxuyanda belə əsnəyirlər.

Uzun illər əsnəmək barədə alimlər araşdırmalar aparsalar da, hələlik onun haqqında elmə dəqiq məlumatlar daxil olmayıb.

Amerikanın Arizona Universitetinin alimləri əsnəməyin beyində artan temperaturun artması üçün orqanizmin meydana gətirdiyi fizioloji hal olduğunu söyləyirlər. Onların apardığı araşdırmalar insanların qış mövsümündə daha çox əsnədiklərini sübüt edib. Bu hava ilə əlaqədar olaraq beynin temperaturunun az miqdar da olsa, düşməsi və yenidən beynin öz istilik miqdarını artırmağa çalışmasıdır ki, əsnəməklə özünü biruzə verir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.