Bədən dili hisslərə təsir edə bilərmi?

24 Ağustos 2017
898
0
Bədən dili hisslərə təsir edə bilərmi?
Bədən dili insanın şəxsiyyətini, hisslərini, özü haqqındakı düşüncələrini əks etdirir. Bəs bu proses əksinə də işləyə bilərmi? Yəni duruşunu dəyişdirərək, məsələn, zəfər qazanmış kimi qollarını və çənəni havaya qaldıraraq, özümüzü fərqli hiss edə bilərikmi? Sosial psixologiya sahəsində çalışan Amy Cuddy dünya miqyasında layihə, on altı milyon tamaşaçıya xitab edən TED çıxışında bu istiqamətdə araşdırmalarını təqdim edir və insanın özünü daha güclü hiss etməsini təmin etmək üçün çox sadə bir üsul təklif edir: “Cəmi iki dəqiqə ərzində duruşunuzu dəyişdirərək, hiss və düşüncələrinizi də dəyişdirə bilərsiniz,” deyir.

Cuddy çıxışının əvvəlində, özünü güclü və gücsüz hiss edən insanların bədən dillərini izah edir. Özündən əmin və özünü güclü hiss edən insanların daha çox yer tutma, çölə doğru genişlənmə meyli olur, özünü gücsüz hiss edən insanların isə əksinə, bədənlərini kiçildən, tutduğu yeri azaldan, sıxılmış duruşlar nümayiş etdirir.

Güclü duruş nümayiş etdirən insanlarda dominantlıq hormonu olan testosteronun artdığına, stress hormonu kortizolun isə düşdüyünə diqqət çəkərək, bədən kimyasıyla duruşların bərabər hərəkət etdiyini qeyd edir. Məhz bu nöqtədə “Bəs bu prosesi əksinə işə sala bilərikmi? – sualını verir.

Apardıqları araşdırmalarda özünü gücsüz hiss edən şəxslərdən iki dəqiqə ərzində hər hansı bir güclü duruş mövqeyində gözləməsini istəyirlər. Bu iki dəqiqənin sonunda testosteron hormonlarının artdığını və kortizolun azaldığını müəyyən edirlər. Belə görünür ki, bədən dilimiz təkcə insanlara bizim haqqımızda fikir verməklə qalmır, özümüzə qarşı duyğu və düşüncələrimizi də təsir edir. Bədənimiz beynimizi dəyişdirə bilər.
pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər