Analarimizin Qədrin Bilək

29 Ekim 2014
1 372
0
Analarimizin Qədrin Bilək


Analarimizin Qədrin Bilək


8 yaşlı oğlan anası şam yeməyi
hazırlayan zaman
mətbəxə gəlib, ona bir kağız
uzadır.Anası yaş
əlini silib kağızı alır,orada yazılan
bu sözləri
oxuyur:

*Həyəti təmizlədim:
3 manat
*Otağımı səliqə — sahmana saldım:
2 manat
*Sənin üçün mağazaya getdim: 1.50 qəpik
*Sən işdə olduğun zaman balaca qardaşıma baxdım:
3 manat...
*Zibil atdım: 2 manat
*Məktəbdə yaxşı qiymət aldım:
5 manat...
*Cəmi borcun: 16.50 qəpik
Ana
bir qədər fikrə gedir, sonra qələmi
əlinə
alıb kağızın arxasına bunları yazır:

*Səni doqquz ay bətnimdə daşıdım:
pulsuz
*Xəstə olduğun günlərdə yanında oturub yuxuya getməyini gözlədim və səhərə qədər Allaha dua etdim:
pulsuz
*Öz dəcəlliyinlə məni göz yaşları axıtmağa vadar etdin, amma səbr edib nazını çəkdim: pulsuz
*Hər gecə yuxuya getməzdən əvvəl sənin səhərini, sağlam və əməlisaleh olmağını düşünüb Allaha yalvardım: pulsuz
*İstədiyimi geyinməyib səni gözəl geyindirdim, boğazımdan kəsib səni doyurdum:
pulsuz
*Səni hamıdan çox sevib əzizlədim:
pulsuz
Balaca, anasının yazdıqlarını
oxuyub gözləri
yaşardı, sonra qələmi götürüb
kağıza böyük
hərflərlə yazdı:

ANACAN, HAMISI ÖDƏNİLDİ!..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.