Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

05 Eylül 2017
1 815
0
Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?
Əvvəlcə bunu bilmək lazımdır ki, dəfələrlə olsa da, hər dəfə günahı etdikdən sonra tövbə etmək lazımdır. "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153).

Bəndə Uca Allaha qarşı nə qədər itaətkar olarsa, Uca Allah da onu o qədər nəfsinin şərrindən və şeytanın vəsvəsələrindən qoruyar: "Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər". (ət-Talaq, 2).

Feat.Az zikr.az-a istinadən bildirir ki, günahlardan əl çəkə bilmək üçün aşağıdakıları etmək faydalıdır:

Namaz qılmaq. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).

Nafilə (əlavə) ibadətlər etmək. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir ki, Uca Rəbbimiz buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (əl-Buxari).

Günahı tərk etməyi asanlaşdırması üçün Uca Allaha dua etmək

Həmin günah və onun cəzası haqqında oxumaq və Allahdan qorxmaq

Zikrləri öyrənib Allahı bacardığınız qədər zikr etmək. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).

Günaha aparan, onu yada salan vasitələrdən və yerlərdən uzaq olmaq.

Günaha aparan insanlardan mümkün qədər uzaq durmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dost olduğuna fikir versin". (Əbu Dəvud; ət-Tirmizi).

Mömin, sizə fayda verən insanlarla oturub durmaq

Məscidə çox getmək

Hər gün Allahın dinini öyrənmək üçün vaxt ayırmaq və imanı artırmaq. Daha ətraflı: İmanı necə artırmaq olar?

Gün ərzində digər faydalı işlərlə məşğul olmaq. Məsələn, dünyəvi elm və ya bacarıqlara yiyələnmək, idman və s. və digər xeyirli əməllər etmək
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.