Diş çürüyü amilləri

30 Eylül 2021
1 416
0
Diş çürüyü amilləri
Diş çürükləri daha çox tünd rəngli oyuqlarla nəzərə çarpır. Qarşısının alınması mümkün ola bilən xəstəlik olmasına baxmayaraq, dünyada çox az adam diş çürüyündən narahatlıq keçirir.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, dişlərin çürüməsinin müxtəlif səbəbləri ola bilər. Çürüyün baş verməsi mikrob xarakterlidir və çürüyə səbəb olan müxtəlif bakteriyalar vardır. Amma mütəxəssislər bildirir ki, yeganə səbəb bu olsaydı, heç kimdə diş çürüyü yaranmazdı.

Çürüyün yaranması üçün bakteriyalarla yanaşı, bir sıra digər təsir edicinin də bir yerdə olması lazımdır. Bu təsir edicilərdən ən önəmlilərindən biri davamlı olaraq keyfiyyətsiz qidalanmadır. Fırçalama ilə ağızdan kənarlaşdırılması çətin olan, dişə yapışan və şəkərin üstünlük təşkil etdiyi qidaların dişləri daha tez çürütdüyü tibbi tədqiqatlar nəticəsində təsdiqlənmişdir.

Qidalanmadan sonra dişlərin diqqətli bir şəkildə fırçalanması lazımdır. Diş fırçalamanın təxirə salınması və ya dişlərin heç zaman fırçalanmaması dişlərin çürüməsini asanlaşdırır və diş əti xəstəlikləri yaradır.

Bununla yanaşı, diş çürüməsində genetik faktorlar da rol oynayır. Lakin bu təsirin faizi çox aşağıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.