Tənhalıq, özünəqapanma, yuxusuzluq... – İMMUN SİSTEMİNƏ ZƏRBƏ VURAN AMİLLƏR
1. Əgər orta yaşlı insanın gecə yuxusu səkkiz saatdan az olarsa, onların infeksiyalara yoluxma riski daha çoxdur. Yuxusuzluq orqanizmin immun sisteminə kifayət qədər mənfi təsir göstərən amillərdən biridir.
2. İmmunitetin zəifləməsinə şərait yaradan amillərdən biri hərəkətsizlikdir. Oturaq həyat tərzi immun sisteminə zərbə vurur. Bunun qarşısını almaq üçün gün ərzində heç olmasa yarım saat piyada gəzməyə vaxt ayırmaq lazımdır. Gündəlik idmanla məşğul olmaq isə daha faydalı olar.
3. Şəkərdən çox miqdarda istifadə etmək immun hüceyrələrini zəiflədir. Buna görə də şəkər və şəkər tozundan istifadə edərkən qədərinə diqqət yetirmək vacibdir. Immun sisteminizin öz funksiyalarının öhdəsindən lazımınca gəlməsini istəyirsinizsə C, E, beta-karotin və sink ilə zəngin olan qida məhsullarına üstünlük vermək məsləhətdir.
4. Stress, gərginlik, əsəbilik artıq həyatımızın tərkib hissəsinə çevrilib. Ancaq bunlar uzun müddət davam edərsə, immunitetimiz üçün problemlər yaradar. Stress hormonları immun sistemini dağıdıcı xassəyə malikdir. Bunu nəzərə alaraq stressdən yaxa qurtarmağın yollarını axtarmaq lazımdır.
5. İnsanlarla ünsiyyətdə olmaq, xoş münasibətlər yaratmaq, dostlarla bölüşmək immun sisteminə müsbət təsir göstərir. Tədqiqatlar sübut edir ki, özünə qapanmaq, tənhalıq, qaraqabaqlıq immun sisteminə zərbə vuran amillərdən biridir.
6. İmmun sistemə sözün əsl mənasında zərbə vuran amillərin siyahısında birinci yerdə duranlar siqaret və spirtli içkilərdir. Bu vərdişlər təkcə immun sisteminə deyil, bütün orqanizmə mənfi təsir göstərir.
7. Ekoloji problemlərin də immun sistemə mənfi təsiri böyükdür. Buna görə də vaxtaşırı təbiətin qoynuna çıxmağa, ekoloji baxımdan daha təmiz olan məkanlara üz tutmağa vaxt ayırın.
8. Kimyəvi dərman pereparatlarından çox istifadə, xüsusilə tez-tez antibiotiklərin qəbulu immunitetin zəifləməsinə səbəb olur. Bunu diqqətdə saxlayaraq hər hansı bir xəstəliyin müalicəsi zamanı kimyəvi tərkibli dərmanlardan minimum istifadə etməyə çalışın.