Cümə günü oxunması gərəkən dualar...

08 Nisan 2022
4 357
0
Cümə günü oxunması gərəkən dualar...
Sizə cümə gününə aid qısa dualar təqdim edirəm. Hər kəsə xeyirli və gözəl cümə günü arzulayıram.

1. Allahım, ağlıma elm və hikmət, fikrimə fərasət və bəsirət, bədənimə səhhət və sağlamlıq, ruhuma da təkamül və mətanət ehsan et. Cüməniz mübarək olsun, Amin.

2. Kiçik bir uşaq olsam, tövbə qapısından keçməyə yaşım çatmasa da... Heç qarışmamış olsam dünyanın çirkinə, pasına. Açsam qollarımı, qaçsam Kəbənə... Xeyirli cümələr arzulayıram.

3. Allahım! Səndən bu günün və sabahın bildiyim və bilmədiyim nə qədər xeyri varsa, hamısından istəyirəm. Səndən Cənnəti və Cənnətə yaxınlaşdıran söz və əməlləri istəyirəm. Xeyirli cümələr arzulayıram. Amin.

4. Dua çiçəyini tanıyırsan? Yerdə sulanıb səmada açar. Mələklər "Qulunuzdandır" deyib Rəbbimizə verər. Dualarla görüşmək arzusuyla, xeyirli cümələr.

5. Etdiyin hər dua dərdinə dəva, sağlığına şəfa, gözünə nur, qəlbinə dinclik, ailənə və sevdiklərinə xoşbəxtlik gətirsin. Cüməniz mübarək.

6. Ey nəfsim! Şeytana yem olmaq, yoxsa Cənnətə gül olmaqmı istəyirsən? Burax məni, səcdə edim. Sən dincəl, mən də imanımla ölüm. Rəbbim cümləmizi imanla ölənlərdən etsin. Amin.

7. Ey rəbbim! Bu sonsuz mərhəmət və rəhmət dəryasından bir damla da olsa, nəsiblənməyi haqq edən qullarından et bizi. Amin. Xeyirli, nurlu cümələr arzulayıram.

8. Allahım! Dillərə dastan, ürəklərə rahatlıq olan mərhəmətinlə günahlarımızı bağışla. Amin. Bütün müsəlmanların cüməsi mübarək olsun.

9. Sevdiyiniz üçün bir dəfə xoşbəxt olub, min dəfə peşman olacağınız bir sevgi yaşamamağınızı arzulayıram. Arzularınız gerçək olsun, amma arzularınız pis niyyətli olmasın. Xeyirli cümələr.

10. Allahım! Axşama çıxdığımız kimi səhərə, səhərə çıxdığımız kimi də axşama çıxmağımızı nəsib et. Sağlığımızı qoru və xəstələrə şəfa ver. Xeyirli, bərəkətli cümələr arzulayıram.

11. Leysan rəhməti yağsın damınıza, hər gün Rəsuallah girsin yuxunuza, mələklər amin desin dualarınıza! Dualarda görüşmək arzusuyla. Xeyirli cümələr.

12. Ey Rəbbim, bizə Cənnətin iyini hiss etdir və onun nemətlərindən nəsibləndir. Bizə atəşin iyini hiss etdirmə. Amin. Xeyirli Cümələr arzulayıram.

13. Ey rəbbim, sevginlə dopdolu ürəklərlə sənə qovuşmağı və sevdiklərimizlə sonsuzluqda görüşməyi biz bəndələrinə nəsib et. Amin.


14. Ey Rəbbim! Evimizdən bərəkəti, dilimizdən duanı, ürəyimizdən sənin və Rəsulun sevgisini əskik etmə. Dualarımızı qəbul, ömrümüzü nurlu et. Amin.

15. Gözəlliklər içinizi işıqlandırsın, üzünüzdən və ürəyinizdən təbəssüm əksik olmasın. Rəbbim sevdiyi qullarından etsin sizi və təbii ki, bizi. Xeyirli cümələr arzusuyla...

16. Bizi dostlarına dost, düşmənlərinə düşmən olanlardan və səbirli, şükür edənlərdən et! Nemətinə şükür edən, ibadətini gözəl edən, doğru danışanlardan et, Ya Rəbbim. Amin.

17. Ömrümüzün hekayəsini yazan ən böyük və ən gözəl yazıçı olan Rəbbim ürəyinizdən keçən gözəllikləri alnınıza yazsın. Amin.

18. Dünyada bir olan səndə min olsun, kainatda damla olan səndə okean olsun. Əl açıb etdiyin hər dua bu gün qəbul olsun. Amin.

19. Bəzi möminlər Cənnət həsrətiylə yaşayır. Bəzi möminlər də var ki, Cənnət onları həsrətlə gözləyir. Cənnətin həsrətlə gözlədiyi mömünlərdən olmaq duasıyla. Xeyirli Cümələr.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.