Sonsuz ümidlər

18 Ağustos 2014
8 705
0
Sonsuz ümidlər
Sonsuz ümidlər


Nə səni tapiram, nə də özümü,
Yoxluğun içində itmişəm demə.
Mən elə bilirdim düzələr hər şey,
Sənin gedişinle bitmişəm demə.

Bu canda, mən boyda ölü kimiyəm,
Bir təhər, zülümlə nəfəs aliram.
Düşürem yoluna, yollar ayrilir,
Həmişə bir döngə geri qaliram...

Yollar da ayirir məni yolundan,
Tale yollari var, şəhər yollari.
Rastima çixarsan deyə, neçə yol
Gəzirəm boşuna, hədər yollari.

Bilmirəm, nə edim, nə yol tapim ki,
Mənim hisslərimi duya biləsən.
Bir qədər düşünüb, mənim yerimə
Bir anliq özünü qoya biləsən.


Bir yolum qalibdi, bir də ümidim,
"Bəlkə, o dünyada qovuşariq biz"
Bəlkə də, yenidən dünyaya gelib,
"Yenə, taniş olub, danişariq biz"

Bu da son sətirlər, məktubun sonu,
Kağizla, qələmlə başimi qatdim.
Sənin ünvanini bilmədiyimçün,
Bağişla, məktubu küləyə atdim.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.