Çox özlədim

29 Ekim 2014
4 023
0
Çox özlədim
Çox özlədim
Çox özlədim
Əllərini tutmadan, hiss etdiyim o istiliyi özlədim... Səninlə olarkən o içtən gülüşlərimi özlədim, gözlərinə baxmağı özlədim... Mənə hirslənməni və hətta mənə qıcıqlanmağını özlədim... Sənə inad etdiyim hər şeyə qarşılıq, qısa müddət sonra o sakit gülüşünü özlədim... Yanında özümü uşaq hiss etdirəni özlədim... Qısaca səni özlədim mən... Sənə baxarkən gülümsəməyi, mənə həyatda azca ümid verən səni... Bir nəfəs kimi izlənməmi özlədim... Gözlərini... Gözlərin üçün çox darıxdım... Mənə olan güvənini, sədaqətini çox özlədim... İçimdə həbs etdiyim sözləri anlamağını və qarşılığında sənin söylədiklərinin yanında heç olduğunu görməyi özlədim... Hər gün bir-birimizi görmək üçün tələsməklərimizi, həm də bir-birimizdən qaçışlarımızı özlədim... Qısaca səni özlədim mən… Bax bu gün yenə hər şeyə istiqamət verə bildim… Amma duyğularıma söz keçirməyi bacara bilmədim yenə… Özlədim səni… Təəccübləndin deyilmi?! Haqlısan, çünki mən əslində SEVDiYiM SƏNi ÖZLƏDiM! Tanıdığım səni, tanıdığım məni özlədim… Cibimdə səndən qalan üzüntülər... Mən üzüntülərə öyrəşə bilmədim... Uşaq gözlərimi özlədim... Aynalara baxdığımda əvvəlki məni görməyi özlədim... Gözlərimdə olan səmimi gülüşü özlədim! Bu qədər çox özləmi toplamaqda keçmişi gətirməyəcək, sən məhv etdiyin hisslərimi... Geri gətirməyə gücün çatmayacaq... İçimdə bir yerlər qanarkən, saxta gülüş verərəm sadəcə... Mən gülüşlərimi bağışladım... Kimsə güdlürməz üzümü… Qırılan qəlbimi kimsə əvvəlki kimi düzəldə bilməz... Gülmürəmsə artıq içtən, bunda sənində payın var əlbət... Məndəki səni öldürməklə, həm də məndəki məni öldürdün… Bax mən məni özlədim... Bunların səbəbi də mənəm... Unutmaq istəməyən, hisslərində inad edən o uşaq... Bir daha yaşanmaz yaşadıqlarım, bir daha hiss etmərəm o hissləri... Kimində ağladıqlarım, kimində güldüyüm bir daha gəlməz o günlər geri... Sən də qıyma artıq o yalançı gülüşlərinə, yoxsa sən də gülüşlərini itirəcəksən... Qorxma yağmur damlalarından... O damlalarda əriməyəcəksən, zamanla alışar, xatirələri yox edəcəksən...İçimdəki uşaq dünənimdə qaldı... Qarşındakı başqa mənəm... Sən məni yalanlarınla böyütdün, itirdin… Sən o sandığın sən deyilsən... Mənim o mənə ehtiyacım var, mənim saf gülüşümə ehtiyacım var… Mən məni çox özlədim!
Çox özlədim
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.