Üzdəki ləkələrdən qurtulmağın SADƏ TƏBİİ ÜSULLARI

22 September 2017
1 553
0
Üzdəki ləkələrdən qurtulmağın SADƏ TƏBİİ ÜSULLARI
Üzdə yaranan ləkələrdən yaxa qurtarmaq təxmin edildiyi qədər çətin deyil. Feat.Az üzdəki ləkələri aparmağın sadə təbii üsullarını sizə təqdim edir.

Badamlı maska


5 ədəd badamı bir gecə ilıq suda saxlayın. Yumşalan badamları əzin və içinə bir az su əlavə edib, xəmir halına gətirin. Yarım çay qaşığı balı badama əlavə edin və ləkə olan yerə vurub, yarım saat gözləyin. Soyuq su ilə durulayın. Səbrlə ləkə azalana və tamamilə solana qədər bu prosesə davam edin. Həftədə üç dəfə bu maskanı istifadə etmək məsləhətdir.

Xiyar suyu


Xiyar suyu canlandırıcı, yeniləyici təsiri bilinən bir gözəllik formuludur. Bir çox kosmetik vasitənin içində olan xiyar özü dərini canlandırıb, daha təzə bir görünüş vermək üçün istifadə edilir. Ləkələri aparmaq üçün xiyar suyu başqa kosmetik vasitəyə ehtiyac duymadan istifadə edə biləcəyiniz ən yaxşı ləkə aparıcıdır. Xiyarı rəndələyin və çıxan suyu ləkəli yerə vurun. Suyun qurumasını gözləyin, sonra soyuq su ilə durulayın.

Limon suyu

Limon suyu qoltuq altı qaralmalarına, günəş ləkələri və bir çox ləkənin müalicəsində istifadə edilə bilən ən yaxşı ağardıcılardan biridir. Gecə dəri təmizliyi losyonunuza limon suyu əlavə edin. İstəsəniz, limon suyunu sıxıb buz qəliblərinə də doldura bilərsiniz. Ləkəli yerə limon suyunu vurub 20 dəqiqə qurumasını gözləyin və arxasınca islaq bir pambıqla yeri təmizləyin. Bu prosesə bir neçə həftə boyunca davam edin.

Süd

Kimyəvi vasitə istifadə etmədən ləkələrdən azad olmanın ən asan yollarından biri də südlə dərini təmizləməkdir. Pambığı 1 çay qaşığı südə batırın və ləkəli yeri bu pambıqla təmizləyin. Yarım saat gözləyib ilıq su ilə üzünüzü yuyun. Mütəmadi etsəniz, qaralmaların, ləkələrin açıldığını görəcəksiniz.

Kartof suyu

Kartof suyu ilə ləkələrdən qurtarmaq kosmetik vasitə istifadə etməkdən çox daha asandır. Çiy kartofu rəndələyin və çıxan suyu barmaq uclarınızla ləkəli bölgəyə yedirin. 5 dəqiqə boyunca həmin yeri masaj edin və ilıq su ilə yuyun.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Sevmək Gözəldir Yazılı Şəkilləri 2019 (83)
21:00
0

Sevmək Gözəldir Yazılı Şəkilləri 2019 (83)

20.09.2019 Gündəlik Bürclər (20 Sentyabr 2019 Günlük Bürclər)
20:00
71

20.09.2019 Gündəlik Bürclər (20 Sentyabr 2019 Günlük Bürclər)

Dərd Dənizim Yazılı Şəkilləri 2019 (19)
18:00
251

Dərd Dənizim Yazılı Şəkilləri 2019 (19)

Duz əvəzinə şüyüd - Təzyiq xəstələrinə MƏSLƏHƏT
17:00
41

Duz əvəzinə şüyüd - Təzyiq xəstələrinə MƏSLƏHƏT

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
168

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Qısqanc Yazılı Şəkilləri 2019 (5)
15:00
468

Qısqanc Yazılı Şəkilləri 2019 (5)

Hepatit daşıyıcısı olmaq nə deməkdir? – Müalicə, yoxsa...?
14:00
72

Hepatit daşıyıcısı olmaq nə deməkdir? – Müalicə, yoxsa...?

Bürclər Haqqında Maraqlı Məlumatlar (591) - Fotolar
13:00
260

Bürclər Haqqında Maraqlı Məlumatlar (591) - Fotolar

Şərab qəfil ölümdən qoruyur? – YENİ ARAŞDIRMA
12:00
58

Şərab qəfil ölümdən qoruyur? – YENİ ARAŞDIRMA

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ