Selfi edin, xərçəng olub-olmadığınızı öyrənin

21 Eylül 2017
1 640
0
Selfi edin, xərçəng olub-olmadığınızı öyrənin
Vaşinqton Universitetində smartfonlar üçün insanın fotoşəkli ilə mədə və mədəaltı vəzin xərçəngini ilkin mərhələdə diaqnoz edəcək yeni proqram əlavəsi hazırlanıb.

Feat.Az
medicina.az-a istinadən bildirir ki, bu xəstəliyin ilk əlaməti dəridə və gözlərdə sarımtıllığın olmasıdır ki, bu da bilirubin piqmentinin toxumalarda yığılmasından yaranır.

Telefonla diaqnoz proqramında foto çəkərkən gözlərə xüsusi işıq düşəcək. Bununla gözlərdə bilirubindən olan sarılığın dərəcəsi müəyyən ediləcək. Sarılıq dərəcəsi normadan artıq olan insan mütləq həkimə getməli olacaq.

Diaqnostik selfi hazırda bu xəstəliyi təyin edən qan analizindən heç də pis nəticə göstərməyib. Bu proqramla yenidoğulmuşlarda fotoşəkillə sarılığın təyin olunması da asan olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.