Saç uzatmaq üçün MASKA - Professordan məsləhət

01 Nisan 2022
4 827
0
Saç uzatmaq üçün MASKA - Professordan məsləhət
Qadınların ən önəmli aksessuarlarından biri də saçlarıdır.

Feat.Az
bildirir ki, hər xanım uzun və sağlam saçlara sahib olmaq istəyər. Bu dəfə sizə saç uzatma üsullarından bəhs edəcəyik.

Professor həkim İbrahim Saraçoğlu lavanda ilə saç uzatmağın üsulundan bəhs edib. Həkimin sözlərinə görə, 3 stəkan qaynar suyun içərisinə bir yemək qaşığı təzə lavandaları atın. 15 dəqiqə saxlayıb suyunu süzün. Saçınızı şampunladıqdan sonra yaxalayarkən bu sudan istifadə edin. Eyni zamanda, hazırladığınız qarışıqdan gündə bir stəkan içə bilərsiniz. Tez bir zamanda saçlarınızın uzandığını görəcəksiniz.

Saç uzatmaq üçün bir neçə maska da təqdim edirik.

Soğan maskası:

Saçınızı sürətli şəkildə uzatmaq istəyirsinizsə, soğan maskasından tətbiq edə bilərsiniz. Soğanı qaynadıb suyunu saçınıza vurun. Bir müddət saxladıqdan sonra saçınızı yaxalayın.

Saç uzatmaq üçün istifadə edilən maskalardan biri də kartofdur. Kartofu qaynadıb içərisinə bal və yumurta sarısı əlavə edin. Yaxşıca qarışdırıb saçınıza sürtün. 30 dəqiqə saxladıqdan sonra saçınızı yuyun.
metbuat.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.