Suyu qaynadıb içmək olarmı? » Feat.Az Sekiller, Xeberler, Yazili

Suyu qaynadıb içmək olarmı?

05 December 2017
354
0
Suyu qaynadıb içmək olarmı?
Bəzən su çirkli olduğuna görə onu qaynadandan sonra içirlər. Qaynadılmış suyun içilməsinin orqanizm üçün nə dərəcədə faydalı və ziyanlı olması sağlamlığına biganə olmayan hər kəsi maraqlandırır.

Feat.Az
AZƏRTAC-a istinadən mütəxəssislərin rəyinə əsasən xəbər verir ki, su qaynayan zaman tərkibindəki kalsium, kalium, maqnezium, karbonatlar və başqa minerallar ondan ayrılaraq qaynayan qabın divarlarına yapışır və nəticədə su mineralsızlaşır.

İkincisi, qaynayan zaman əmələ gələn qabarcıqlar suda olan oksigenin səviyyəsini aşağı salır, su nə qədər çox qaynayarsa, bir o qədər ağırlaşır. Yeri gəlmişkən,atom sənayesində istifadə olunan "ağır su" sayılan deyterium da suyun dəfələrlə qaynadılması və hidroliz olması nəticəsində alınır. Həmin su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir.

Daim qaynadılmış su içənlərin dəriləri sönük, saçları cansız, fiziki fəallıqları həmişə aşağı səviyyədə olur, çiy su içənlərin dəriləri isə parlaq olur.

Üçüncüsü, suyu zərərsizləşdirmək üçün ona vurulan xlor qaynadılandan sonra artıq zərərli birləşmə əmələ gətirir.

Mütəxəssislər satılan sutəmizləyici qurğulardan istifadə etməyi və həmin qurğular vasitəsilə adi suyu təmizləyib içməyi məsləhət görürlər.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz