Dahilərin Maraqlı Sözləri

Dahilərin Maraqlı Sözləri
Hər bildiyini söyləmə, hər söylədiyini bil.Clavdius

***
Hər kitabxana bir həbsxananı bağlayar.Seneca

***
Hər münaqişənin təməlində birinin cahilliyi yatar.Luis D. Brandeis

***
Hər kəs evinin önünü süpürsə küçələr təmiz olar.Konfüçyüs

***
Hər kəsi bir dəfə, bəzilərini hər vaxt aldada bilərsiniz. Amma hər kəsi hər vaxt aldada bilməzsiniz.Abraham Lincoln

***
Hər şeyin açarı səbirdir. Cücəni, yumurtaları kürtə yatırdaraq əldə edərsiniz, qıraraq deyil.Arnold Closow

***
Ehtiras, bir qayığın yelkənini şişirən küləyə bənzər; çoxu gəmini batırar, azı da gəmini olduğu yerdə saxlayar.Woltaire

***
Heç bir şey insan qədər yüksələ bilməz və onun qədər alçala bilməz.Hölderlin

***
Heç kim eşitmək istəməyən biri qədər kar ola bilməz. Shakspeare

***
İki nemət vardır ki, insanlar onların qiymətini haqqıyla təqdir edə bilməzlər. Onlardan biri səhhət, digəri də boş vaxtdır.Hədisi Şərif

***
İki şey ağılın əskikliyini göstərər: Danışılacaq yerdə susmaq, susulacaq yerdə danışmaq.Sədi

***
Elm aşağıdakıları yüksəldər, cahillik yüksəkdəkiləri alçaldar.Sokrates

***
İnandığınız kimi yaşamasanız yaşadığınız kimi inanmağa başlarsınız.Hz. Ömər (r.ə.)

***
İnsan ancaq ürəyiylə baxdığı zaman həqiqəti görə bilər. Həqiqətin mayası gözlə görülməz.Exupery

Çətinliklər, müvəffəqiyyətin dəyərini artıran bəzəklərdir.Moliere

***
Güllər, lalələr, bütün çiçəklər solar. Polad və dəmir qırılar amma möhkəm dostluq nə solar nə də qırılar.Nietzsche

***
Gözəl sözlər pətəkdən damla damla sızan bala bənzər; insanın ruhuna dad verər.Hz. Süleyman

***
Gözəl üz aynaya aşiqdir.Mövlana

***
Gözəllik düzgünlük, düzgünlük gözəllikdir.Keats

***
Haqsızlığın qarşısında susan dilsiz şeytandır. Hz. Məhəmməd (s.a.v)

***
Haqsızlıq qarşısında əyilməyin, o zaman haqqınızla birlikdə şərəfinizi də itirərsiniz.Hz. Əli (r.ə)

***
Xalq bir kimsədən nifrət etdiyi zaman, bunu araşdırmaq lazımdır. Xalq bir kimsəni sevirsə, yenə bunu da araşdırmaq lazımdır.Konfutsi

***
Xalqı bir tək insan, bir tək insanı bütün xalq kimi gör. Montaigne

***
Səhvi açıqca görmək insanı hərəkətə keçirər. İnsan ancaq düşdüyünü fərq etsə ayağa qalxa bilər.Alex Carrel

***
Həyat bir əhvalata bənzər, əhəmiyyətli olan əsərin uzun olması deyil, yaxşı olmasıdır.Seneca

***
Həyat gecikənləri heç vaxt bağışlamaz.Gorbachov

***
Həyatda bir məqsədi olmayan insanlar, bir çay üzərində axıb gedən saman zibillərinə bənzərlər; onlar getməzlər, ancaq suyun axışına qapılarlar.Seneca

***
Həyatdan qorxmayın uşaqlar; yaxşı və doğru bir şeylər etdiyiniz zaman həyat elə gözəl ki.Dostoyevski

***
Həkimlərin etdiyi ən böyük səhv ruhu düşünmədən tək bədəni müalicəyə təşəbbüs göstərmələridir.Əflatun

***
Hər müvəffəqiyyət ilk başda bir xəyal idi. Ən böyük çinar bir budaqda, ən gözəl quş bir yumurtada gizlidir. Xəyallar da həqiqətlərin toxumu və yumurtasıdır. Carnegie
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.