Alimlər iddia edir – Göz rəngimiz xarakterimizdən xəbər verir

13 Haziran 2021
6 630
0
Alimlər iddia edir – Göz rəngimiz xarakterimizdən xəbər verir
Hələ lap qədimdən Azərbaycanda bir söz var, göy göz adam çoxbilmiş olar, göy gözlü adamların gözündə nəzır olar. Bu kimi folklor nümunələrinə əslində bütün dünya xalqlarının mənəvi irsində rast gəlmək olar. Bəs həqiqətən göz rəngimizin xarakterimizdə rolu varmı, göz rənginin fərqliliyi hər hansı bir fiziki xüsusiyyətə səbəb olurmu? Feat.Az bu suallara cavab tapmağa çalışıb.

İsveçin Orebro Universitetinin alimləri 428 nəfər arasında araşdırma apararaq göz rəngimizin frontal genlərimizə təsir göstərdiyini və oxşar genlərə malik insanların da bənzər xarakter sərgilədiklərini üzə çıxarıblar. Edinburq Universitetinin əməkdaşı, doktor Antoni Fallone isə göz rəngi və xarakter arasındakı münasibətləri araşdıraraq maraqlı qənaətə gəlib.

Tünd qəhvə və qara rəngli gözlər

Lider xarakterlidirlər. Yeni qərarlar almaqdan çəkinmirlər. İdmanda uğurlar qazanırlar.Göz rənginin tünd olması melanin sistemindən qaynaqlanır. Melanin beyin hüceyrələri arasınd daşıyıcı vəzifəsindədir. İnsanda nə qədər çox melanin varsa beyin o qədər sürətlə çalışır. Tünd gözlü insanlar açıq gözlülərə nisbətən daha az içki içirlər. Onlar stolüstü tennis kimi dəqiq hədəf vuran idman növlərində daha aktiv olurlar.

Mavi gözlər
Mavi gözlülər göstərməsələr belə güclü mənəviyyata və fiziki gücə sahibdirlər. 2006-cı ildə alman psixoloqların apardıqları araşdırmalardan məlum olub ki, mavi gözlü uşaqlar yeniliklərə daha ehtiyatla yanaşır. həmyaşıdlarına nisbətdə daha içinəqapalı olurlar. Mavigözlülər rəqabət aparmağı sevir, eqoist olurlar. Mavi gözlü qadınlar tünd gözlü qadınlara nisbətən ağrıya daha çox dözürlər, çətinliklərə qarşı daha iradəlidirlər.

Boz gözlər
Belə göz rənginə nadir rast gəlinir. Boz gözlülər mavi gözlülərə nisbətdə daha çox melaninə sahibdirlər. Tünd boz gözlü insanlar çox balanslı və tarazlığı qoruya bilən insanlardır. Tünd boz gözlü insanlar iki üzlü medalyon kimidirlər.İnsanlara hansı tərəflərini göstərmələri duyğularına görə bəlli olur.

Ala gözlər
Ala gözlər bir- birlərindən tonlarına görə çox fərqlənirlər. Ala gözlü insanlar azad ruhlu, özünə inamlı və də plansız adamlardırlar. Sirli şəxsiyyət kimi görünürlər. Şimali Avstraiya Universitetinin professoru Matthem Leach ala gözlü inanların gözlərindəki qarışıq rənglərin qaraçiyərin sabit olmayan fəaliyyəti nəticəsində qana qarışan maddələrdən asılı olduğunu iddia edir.Məhz buna görə də ala gözlü adamlar həzm pozğunluğundan daha çox əziyyt çəkirlər.

Qəhvə rəngli gözlər
Belə göz rənginə malik insanlarr xoş xasiyyətlidirlər, insanlar onlara güvənirlər. Onlar sadqi, incə ruhlu lakin əsla itaətkar olmayan insanlardırlar, açıq gözlü insanlara nisbətdə iki saat az yatır, sabah durarkən əziyyət çəkirlər.

Yaşıl gözlər

Bu göz rənngi ətrafdakı başqa insanlara böyük təsir gücünə malikdir. Çox seksualdırlar. Qəhvə gözlülər kimi melanin homonu bol, mavi gözlülər kimi güclü və diqqətlidirlər. Çox təmkinlidirlər.Yüksək ilham sahibidirlər və təzyiq altında daha yaxşı işlər ortaya çıxara bilirlər.
bizimyol.info
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.