Quru saç dərisi üçün təbii həllər

04 Ocak 2022
2 401
0
Quru saç dərisi üçün təbii həllər
Balın içərisindəki antimikrobial xüsusiyyətlər saçların dərisində zərərli mikrobları yox edərək infeksiya riskini azaldır.

TƏTBİQİ

Yarım stəkan isti zeytunyağı ilə 2 çay qaşığı balı qarışdırın. Bunu saç dərinizə yavaşca masaj edərək tətbiq edin. Təxminən 10 dəqiqə boyunca saxlayın. Sonra saçlarınızı hər zamanki kimi şampunlayın. Bu üsulu həftədə 2 və ya 3 dəfə istifadə edin.

BANAN
Feat.Az
deyerler.org-a istinadən bildirir ki, quru bir saç dərisi üçün banan olduqca bəsləyici və nəmləndiricidir. Saç dərisi iltihablanmasını və quruluğunu təsirli bir şəkildə azaldır.

TƏTBİQİ

1 yetişmiş bananı əzərək içərisinə, 2 xörək qaşığı bal və 1 xörək qaşığı badam yağını əlavə edərək qarışdırın. Bu saç maskasını saç dərinizə və saçınıza yaxşıca tətbiq edin. 20-30 dəqiqə saxlayın, sonra ilıq suyla yaxşıca yuyun. Bu üsulu həftədə bir dəfə istifadə edin.

İLIQ YAĞ MASAJI
Ən yaxşı nəticə üçün zeytunyağı ya da kokos yağı istifadə etmənizi təklif edirik.

TƏTBİQİ

2 ilə 3 xörək qaşığı ilıq yağı bütün saçların dibinə masaj edərək tətbiq edin. Bu əməliyyat bitdikdən sonra, saçınızı bir dəsmala bükərək 1-2 saat yağların hopması üçün gözləyin. Daha sonra saçınızı şampunla yuyun.

Saç dərinizi qaşınma və quruluqdan qorumaq üçün həftədə bir və ya iki dəfə bu yağ masajını edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.