Qışda artan xəstəliklər

09 Ocak 2018
1 237
0
Qışda artan xəstəliklər
Hemofilus infeksiyası
Hemofilus infeksiyası tənəffüs yollarının,mərkəzi sinir sisteminin və müxtəlif orqanlarda irin ocaqları əmələ gətirən kəskin infeksion xəstəlikdir.Xəstəliyin törədiciləri Haemophilis və ya Pleyfer çöpləridir.Törədicilər bakteriyalardır.Xəstəliyin mənbəyi və daşıyıcısı insandır.Mikrobu 90% sağlam olan insanların tənəffüs yollarından tapmaq olur.Amma onların 5%-i patogen xarakter daşıyır.Mikrob sağlam adamda 4-6 aya qədər yaşaya bilir və belə adamlar "gəzdiricilər" adlanırlar.

Feat.Az immunitet.az-a istinadən bildirir ki, xəstəliyi uzun müddət sağlam adamın tənəssüf yollarında latent halda yaşayan mikroblar törədir.Mikroblar müdafiə qabiliyyətləri pozulmuş şəxslərdə,soyuq havalarda aşkar formaya keçir.Bu zaman yoluxan insanlarda sinusit,otit,bronxit,pnevmoniya verir,dərialtı toxumaları zədələyir.Xəstəlik irəlilədikcə viruslar qan vasitəsilə orqanizmə yayılır.Bu zaman xəstələrdə septik əlamətlər meydana çıxır.
Hemofilus infeksiyasının əmələ gətirdiyi patologiyalar aşağıdakılardır.
- irinli meningit
- kəskin pnevmoniya
- septisemiya
- dəraltı toxumanın iltihabı
- epiqlottid
- irinli artrit
- perikardit
- sinusit
- tənəffüs yolunun xəstəlikləri

1-4 yaşına qədər olan uşaqlarda baş verən irinli meningitin əsas səbəbi hemofilus infeksiyası olur.Bu zaman uşaqların üzü,yanaqları hiperemiyalaşır,sianotiklik müşahidə edilir.

Xəstəlik böyüklərin 70%-də plevrit,perikardit və digər ağ ciyər xəstəlikləri ilə birlikdə baş verir.

Xəstəlik ağırlaşdıqca bakteriemiya verir.xəstələrdə yüksək qızdırma,irinli bəlğəm müşahidə edilir.

Diaqnoz selikli qişalarda mikrobun tapılması ilə təsdiqlənir.

Müalicə zamanı antibiotiklərdən,sulfanilamidlərdən istifadə edilir. Müalicənin tez kəsilməsi xəstəliyin residiv verməsinə səbəb olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.