Bürclərin həyatında GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK - 31 yanvarla bağlı həyəcanlı PROQNOZ

13 Ocak 2018
3 019
0
Bürclərin həyatında GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK - 31 yanvarla bağlı həyəcanlı PROQNOZ
Xəbər verdiyimiz kimi, yanvarın 31-də nadir ay tutulması hadisəsi baş verəcək.

Feat.Az
[/b] xəbər verir ki, astroloqlar bu hadisənin ulduzlara da təsirsiz ötüşməyəcəyini irəli sürüb. Türkiyəli astroloq Aygül Aydın ay tutulmasının bürclərə təsirini açıqlayıb.

[b]Qoç


31 yanvardakı Şir bürcündəki Ay tutulması sizin üçün əhəmiyyətli əlaqəyə başlamağa və ya ilk baxışda vurulmağa səbəb ola bilər. Məhəbbət məsələlərində həyəcanlı günlər sizi gözləyir. Bəlkə də çoxdan reallaşmasını istədiyiniz hadisə baş tutacaq.

Buğa


31 yanvarda, Şir bürcündə baş tutacaq Ay tutulması nəticəsində səylərinizin gözdən qaçması mümkün olmayacaq. Fevral ayında həyatınızdakı çatışmazqlıqları tapıb dolduracaqsınız.

Əkizlər

Hadisələrə daha fərqli yanaşmalısınız. Anlayışlı ola bilsəniz, bu keçid sizin xeyrinizə olacaq. Qadınlara qarşı daha diqqətli olun.

Xərçəng

Ay tutulması sizi böyük iqtisadi investisiyalara sövq edəcək. Bunun üçün sadəcə cəsarət, ya da sizi cəsarətləndirəcək yaxşı dosta ehtiyacınız olacaq.

Şir

Ay tutulması adətən münasibətlərinizin qaranlıq üzünü ortaya çıxaracaq. Münasibətlərdə hər an manipulyasiya oluna bilərsiniz. Haqlı ikən haqsız duruma düşmək ehtimalı var. Həyatınızda heç kim yoxdursa, sizi yeni tanışlıqlar gözləyir. Bu adamla münasibətinizi fevral ayına qədər səbrlə müşahidə edin və tələsik qərar verməyin. Əgər evlisinizsə və aldadıldığınızı hiss edirsinizsə, səssiz qalmamalısınız.

Qız

Ay tutulması gündəlik həyatınızın gedişatına təsir edəcək, bəzi məişət məsələlərində sizi daha azad edəcək, yeniliklər gətirəcək. Hazır olun sizi gözəl hadisələr gözləyir. İş həyatında bacarıq və qabiliyytlərinizi nümayiş etdirmək üçün uğurlu zaman kəsiyidir. Ay tutulmasının bürcünüzə yeganə mənfi təsiri o olacaq ki, uzun müddətdir ehtiyacınız olan işləri yerinə yetirməkdə çətinlik çəkəcəksiniz. Yeni yol axtarın və dərhal həyata keçirməyə keçin.

Tərəzi

Güc savaşına girmək və başqaları tərəfindən idarə olunmağınıza icazə vermək sizin üçün faydalı olmayacaq. Yanvarın 31-də Şir bürcündə baş tutacaq Ay tutulması nəticəsində enerjiniz tükənmək üzrə olacaq. Lakin fevralda sizi tamamilə başqa həyat gözləyəcək.

Əqrəb


Ay tutulmasından sonra karyeranızda gözlənilməz yüksəliş gözlənilir. Mükafat da qazana bilərsiniz.

Oxatan


Sosial ətrafınızda yeni tanışlıqlar qazanacaqsınız, bu əlaqələr gələcəkdə sizə möhkəm dostluqlar gətirə bilər. Yanvarın 31-də reallaşacaq Şir bürcündəki Ay tutulması ilə belə hallar daha da sürətlənəcək. Ailə problemlərinin həlli sizin üzərinizə düşəcək. Vəziyyət elə yaranacaq ki, təcili və qısa müddətli səyahətlərə çıxmalı olacaqsınız.

Oğlaq

Ay tutulması nəticəsində uzun zamandır üzərində zəhmət çəkdiyiniz işlərin ilk bəhrələrini toplamağa başlayacaqsınız. Özünüzü mütəxəssis kimi sübut etmək üçün yaxşı fürsətlər yaranacaq. Odur ki, bu dövrdən çox yaxşı istifadə edin.

Dolça

Ay tutulması hədəflərinizi təyin etmək üçün cəsarət verəcək və sizi dəstəkləyəcək. Yaxınlarınız vasitəsilə yeni tanışlıq qura bilərsiniz. Əgər həyatınızda artıq biri varsa, ona qarşı münasibətiniz dəyişə bilər. Münasibətlərinizlə bağlı ciddi qərarlar sizi gözləyir. Lakin başqa amillər əlaqənizin gedişatına təsir göstərə bilər. Odur ki, qərarlı olun.

Balıq


31 yanvarda Şir bürcündəki Ay tutulması nəticəsində iş yerinizdə dəyişikliklər baş verəcək. Yeni işə başlamaq ehtimalı yüksəkdir. Tələlərə düşməsəniz və zəif cəhətlərinizə məğlub olmasanız, yanvar ayının son həftəsində böyük uğur qazana bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.