7 mərhələdə özünü xoşbəxt et

04 Şubat 2018
2 032
0
7 mərhələdə özünü xoşbəxt et
Hamı xoşbəxt olmağa layiqdir. Elə sən də! Bunun üçün Foxy 7 mərhələli xoşbəxtlik "möcüzəsi"ni təqdim edir.

1. Şikayətlənməkdən əl çək


Həmişə şikayətlənmək heç də yaxşı hal deyil. Ona görə də elə bugündən şikayətlənməyi at həyatından. Gülümsə əvəzində. Yol gedəndə belə insanlara gülümsə. Acmısansa yemək ye, sevgilin yoxdursa çox düşünmə, olacaq. Həyatında narazı olduğun şeyləri şikayətlənməyə xərclədiyin vaxtın yerinə müsbətə doğru dəyiş. Və beləcə görəcəksən ki, xoşbəxtliyə bir addım daha yaxınsan.

2. Yox deməyi bacar


Əslində kiməsə "yaxşılıq" olsun deyə düşünürük ki, hə demək yaxşıdır. Amma bu əsla belə deyil. Özünü daha dəyərli etmək üçün yox deməyi öyrən, hətta bunu vərdiş halına çevir.

3. Çiyələk qoxulu əşyan olsun


Çiyələk qoxulu istənilən bir əşya səni xoşbəxt edə bilər. Amma özün çiyələk ətirli olsan bu, səni daha çox xoşbəxt edər.

4. Bənzərsiz ol


Özün olmağı bacar. Başqalarına bənzəməyə çalışma. Sən, sən olduğun üçün bənzərsiz, dəyərlisən.

5. Əkiz "qardaş"ını unutma

Dünya sənin əkiz "qardaş"ındır. Buna görə də çalış xoşbəxt olasan. Çünki sən xoşbəxt olduqda o da, xoşbəxt olur. Sən ona mənfi enerji ötürəndə o da mənfi enerji ilə yüklənir. Nəticədə isə ikinizi də xoşbəxtlikdən uzaqlaşdırırsan. Özünü xoşbəxt etməklə ətrafını da xoşbəxt et.

6. Həyat 5 günlükdür


Bəli, həyat deyil beş günlük, lap bir günlükdür. Bunu nəzərə alıb hər gününü son günündür kimi yaşa. Pislikləri, bədbəxt hadisələri unut və həyatın dadını çıxart. Heç nəyi vecinə alma, çox düşünmə. Qısa gününün bütün saniyələrinin nəbzini tutaraq yaşa. Bu zaman xoşbəxtliyi anlayacaqsan.

7. Azla yetin


Həyatında A-dan Z-yə hər şey çalış ki, sənə aid olsun. Sənə aid, öz zövqünlə dizayn edilmiş otağın, sənə aid balaca bir yer, ən əsası da sənə aid düşüncən olsun. Səni sevən ailən, dostların, sevgilin olsun. Qısası həyatında kiçik də olsa sənə aidliyini hiss etdiyin anlamlı bir şeyin olsun. Bu səni xoşbəxtliyə aparacaq.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.