Yanılmalar. Bir şeyi itirib tapa bilməmənin psixoloji anlamı

25 Ocak 2018
2 153
0
Yanılmalar. Bir şeyi itirib tapa bilməmənin psixoloji anlamı
Dəyərli oxucular! Sizlərə gündəlik həyatda insanların sıx-sıx rastlaşdığımız, lakin az əhəmiyyət verdiyimiz olaylar haqqında apardığım araşdırmamı paylaşmaq istəyirəm. Bu cür olaylar birbaşa xəstəliklərlə bağlı olmayıb istənilən sağlam adamın başına gələ bilər. Belə hallar yanılmalar adlanır və onların müxtəlif növləri var; sözdə yanılma- demək istədiyi bir sözün yerinə yalnış olaraq başqasını demək; yazıda yanılma- yazmaq istədiyi sözün yerinə başqasını yazmaq; oxuda yanılma- mətindəki hansisa sözü başqa cür oxumaq; eşitmədə yanılma- qulağı yaxşı eşidən birinin deyilən sözü başqa cür eşitməsi. Bu durumlara bənzər başqa bir durum da unutqanlıqdır. Ancaq söhbət davamlı yox ötəri unutqanlıqdan gedir, hansısa adları, niyyətləri ötəri olaraq unudur və sonradan xatırlayırıq. Üçüncü qrup durumlar da vardır ki, omlar ötərilik olmur, bu durumlarda nəyisə gizlədib unudursan, ya da itirib tapa bilmirsən. Belə durumlar başqa bir unutqanlıqdır, başqa tipli unutqanlıqlara təbii baxdığımız halda, bu dediyimz qısamuddətli unutqanlıq bizə təəccüblü gəlir və buna görə qanımız qaralır. Ötəri baş verən çaşqınlıqlar da vardır ki, onlar da bu sıralardandır. Belə durumlarda qısa bir müddət ərzində nəyinsə doğru olduğuna inanırsan, qəribə odur ki, bu inandığın nəyinsə doğruluğuna öncədən və sonradan da, inanmağa başlayandan müəyyən vaxt keçəndən sonra inanmırsan. Məsələn, caduya heç vaxt inanmayan birini təsəvvür edin. Bir gün o inanilmaz, anlaşılmaz, çətin bir situasiyaya düşür. Həmən an düşdüyü situasiyanın məntiqi açıqlamasını verə bilmədiyindən bu vəziyyəti mistik aləmlə bağlayır və cadu olduğuna inanır. Müəyyən vaxt keçdikdən sonra yanıldığının fərqinə varır. Bu cür durumlar hər birimizin həyatında baş verir və hər hansı bir xəstəliklə əlaqəsi yoxdur.
Adətən yanılmaları aşağıdakı səbəblərlə izah edirlər: o, xəstə yaxud yorğun ola bilər; o həyəcanlı ola bilər; onun başı bərk qarışıq ola bilər. Bütün bunların doğruluğunu asanlıqla təsdiq etmək olar. Doğrudan da, insanın sözünü yanıltması ən çox yorğun, xəstə, başının ağrıması və miqren ağrılarının baş verməsi zamanı olur. Eləcə də həyəcanlı olanda sözləri qarışdırırsan, lazım olan sözün yerinə başqa bir söz işlədirsən. Diqqətin büsbütün başqa nəsnənin üzərində olursa onda gözlənilməz və yalnış işlər görürsən. Özəl həyatımızda hər hansısa sıxıntıya düşdüyümüzə görə verdiyimiz vədləri, görməli olduğumuz işləri unutmaqla bağlı bir sıra durumlarla rastlaşırıq. Biz bütün bunları yorğunluq, xəstəlik və həyəcanla əlaqələndiririk. Lakin məsələyə bu cür yanaşma primitiv baxış tərzi olardı. Yaşanan bu cür psixofizioloji durumlar yanılmalara bir növ təkan verə bilər. Çünki insanlar yorğun olmayan vaxtlarda da yanılmalara yol verə bilirlər. Bir pianoçu təsəvvür edin. O çox gözəl mahnı ifa edir. Hansı anda pianonun hansı dilini basacağını düşünmədən çalır. Düzdü, o hansısa anda yanıla bilər, ancaq barmaqlarını hansı dillərə toxundurmağa diqqət yetirmədən çalmaq, elə çalmağa yönələn diqqətin zəifliyi kimi dəyərləndirilə bilər. Burada diqqət zəif olur amma səhfə yol vermir. Ya da bir başqa misal; tutaq ki, gəzməyə çıxmısınız amma gedəcəyiniz yerə azmadan gedib çıxa bilirsiniz. Bu zaman yorğun olduğunuz halda səhfə yol vermirsiniz. Bu cür örnəkləri sadalayaraq coxaltmaq olar. Demək istədiyim odur ki, yanılmalar psixofizioloji durumlarla izah edilə bilməz. Psixofizioloji durumlar buna təkan verə bilər sadəcə.
Psixoanaliz başqa elmlərin önəm vermədiyi kiçik, gözə çarpmayan, olaylar dünyasının qırıntılarını öyrənir və bu onun başlıca araşdırma obyektidir. Təsəvvür edin siz bir kriminalistsiniz və siz hansısa cınayət işinin araşdıranda cinayəti törədən caninin olay yerində öz şəklini və ünvanını qoyacağını gözləyirsiniz? Yoxsa həmən caninin buraxdığı ən kiçik və önəmsiz izlərə dayanaraq onu tapmağa çalışacasınız? Ona görə də biz önəmsiz sayılan əlamətləri lazımınca dəyərləndirməliyik.
Yanılmaların gedişində müxtəlif olaylar da baş verir. Və onlar anlaşılmaz olaraq qalır, heç bir nəzəriyyə onu aydınlaşdıra bilmir. Məsələn, demək istədiyiniz bir sözü unudursunuz, bu zaman qanınız bərk qaralır və onu xatırlamağa calışırsınız. Ancaq, necə olursa başqası bu sözü deyən kimi dərhal yadınıza düşür. Yaxud da, yanılmaların ardınca başqaları da gəlir, onlar bir-birinə qoşularaq artmağa başlayır. Tutalım bir oğlan birinci defe bir xanımla görüşə getməlidir.
Lakin görüşə getməyi unudur və bunu o xanıma demək əvəzinə müxtəlif bəhanələr gətirir. Növbəti dəfə görüşə gedəcəyinə söz verir. Görüşə getsə də yenə görüş baş tutmur. Sən demə bu dəfə görüşün vaxtını unudub. Bu unutma əslində hər hansısa psixofizioloji durumla elaqəli deyil. Sadəcə həmən oğlana bu görüş o qədər də maraqlı olmayıb. Digər tərəfdən əgər bir xanım bir oğlan üçün önəm daşıyırsa bu zaman xanım görüşə geciksə də oğlan onu saatlarla gözləyəcək.
Söz yanılmaları çox vaxt sözlərin qarışdırılması ilə baş verir. Məsələn, bir işçi rəisinin təşkil etdiyi mərasimə dəvət olunur və orada rəisinə sağlıq deməyə çalışır. “Gəlin qədəhlərimizi qaldırıb, rəisin sağlığına gəyirək”. Əslində deməli olduğu söz “Gəlin qədəhlərimizi qaldırıb, rəisin sağlığına toqquşduraq” olmalı idi. Burada ” toqquşdurmaq” anlaminda olan “anstoben” sözünün yerinə “gəyirmək” anlamı verən “aufstoben” sözünü deyir. ( Sadaladığım fakt bir mənbədən götürülmüşdür və tərcümədir). Demək istədiyi niyyətlə deməli olduğu niyyət toqquşur və nu onun həyəcanlı anında demək istədiyi niyyəti deyir. Əslində onun rəisi ilə bağlı əsil niyyəti bu idi “Bu cılız adamı gözünüzdə bu qədər böyütməyin. Bəsdirin onu yalandan təriflədiniz. Mən sizin söhbətinizə ancaq gəyirə bilərəm”.
Günlərin birində deputatlar palatasının prezidenti iclası bu sözlərlə açmışdır “ Bəylər, mən salondakı deputatların sayına baxıb burada yetersay olduğunu gördüyümdən iclası bağlayiram”. Demək istədiyinin büsbütün tərsini söyləyir. Çünki onun əsil niyyəti bu iclası tez bağlamaq idi.
Bu faktaları daha çox sadalaya bilərəm. Yəqin bu durumlardan nə demək istədiyimi anladınız.
Birdən kimsə ona yaxşı bəlli olan bir adı unudursa və sonradan çox çətinliklə xatırlayırsa, onda bu adamı nəyə görə bəyənmədiyi və elə buna görə də onunla bağlı düşünmək istəmədiyini güman etmək olar. Məsələn, Bir oğlanın dəlicəsinə vurulduğu bir xanım başqa bir oğlana ərə gedir. Və bu oğlan digər oğlanı çoxdan bəri tanısa da , onunla işgüzar ilişkiləri olsa da soyadını daima unudur və hər dəfə ona məktub yazanda soyadını başqalarından soruşur. ( K.Yunqun kitabından götürülmüş örnək). Göründüyü kimi bu oğlan sevdiyi qadınla evlənib ağ günə çıxdığı üçün özünə rəqib saydığı digər oğlan ilə bağlı heç nə bilmək istəmir.
Gəlin indi də bir şeyin itirilməsi və qoyduğu yerin unudulması ilə bağlı olaylara baxaq. Qanqaraldıcı bir gözlənilməzlik saydığımız nəyisə itirmədiyimizin də arxasında gizli bir niyyətin olduğu ağlasığmaz görünür. Bir gənc çox böyük dəyər verdiyi karandaşını itirir. Karandaşını itirməzdən əvvəl isə qaynından belə bir məktub alır “ Mən daha sənin yüngülağıllılığına dözmək istəmirəm”. Bu karandaşı ona qaynı bağışlamışdı. Bu durumdan sonra karandaş gözdən düşür və ondan can qurtarmaq niyyəti yaranır. Bu cür olaylara pul itirmə, telefon, açar, kitab, hədiyyə və s. itirilməsi kimi olayları da aid etmək olar. Hər bir yanılmanın öz psixoloji yozumu vardır.
Sonda bir mənbədən götürdüyüm bir faktı yazmaq istəyirəm. Ailəli gənc xanım bir kişiyə ərə gedir və bal ayına çıxırlar. Bir ay bal ayında olular. Qayıtdıqdan sonra xanım səhəri günü subay bacısını evə dəvət edir. Onlar subay vaxtlarındakı kimi alış-veriş etməyə gedirlər. Bu zaman evli xanım subay bacısına bir kişini göstərir və ona tanış gəldiyini deyir. Kişi bir ay onunla bal ayında olduğu eri idi. Çox keçmədən qalmaqallı şəkildə boşanırlar. Bu yanilmanın psixoloji yozumunu sızlərin öhdəsinə buraxıram.
Psixoloq Aytən Məmmədova
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.